Gəncədə «Gəncəni
yaşıllaşdıraq» devizi ilə
ağacəkmə kampaniyası keçirilmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsis etdiyi Ətraf Mühitin Mühafizəsi Üzrə Beynəlxalq Dialoq Təşəbbüsünə - IDEA-ya qoşulan Gənclər Üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisi "Gəncəni yaşıllaşdıraq" devizi altında ağacəkmə kampaniyasına start vermişdir.
Gəncə
Regional ofisinin rəhbəri Natella Əhmədova AzərTAc-a
demişdir ki, ilk tədbir Heydər Əliyev parkında
keçirilmişdir. Şəhərdə
fəaliyyət göstərən ali təhsil
ocaqları tələbələrinin iştirak
etdikləri aksiya zamanı parkda
qurumuş ağaclar
çıxarılaraq atılmış və yerində
300-dən çox şam,
küknar, sərv və çinar
ağacları əkilmişdir. Əkilən ağacların
suvarılması üçün yerli bələdiyyənin imkanlarından
istifadə edilmişdir.
Azərbaycan.-2012.- 2 dekabr.- S.4.