Hindistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin

870 illik yubileyi silsilə tədbirlərlə qeyd edilmişdir

 

Hindistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Yubiley tədbirləri Prezident İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 23 dekabr tarixli sərəncamından irəli gələn tapşırıqların həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Hindistandakı səfirliyi və Hindistanın İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nyu-Dehlidə keçirilmişdir.

Azərbaycan Respublikasının Hindistan Respublikasındakı, eyni zamanda, Nepal və Şri-Lankadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, burada Nizami Gəncəviyə həsr olunmuş konfransdahi şairin yaradıcılığını əks etdirən rəsm əsərlərindən, xalçalardankitablardan ibarət sərgi təşkil olunmuşdur.

Tədbirdə səfir İbrahim Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamının Nizami Gəncəvinin irsini dünyada tanıdan alimelm mərkəzləri tərəfindən məmnunluqla qarşılandığını diqqətə çatdırmışdır. Səfir Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının iyirmi illik yubileyinin qeyd olunduğu indiki məqamda Nyu-Dehlidə Nizami Gəncəviyə həsr olunmuş konfrans və sərginin keçirilməsindən fərəh duyduğunu bildirmiş, tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etmişdir.

Diplomat bəşər ədəbiyyatında önəmli rol oynamış Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin dünyanın böyük muzeylərində saxlanıldığını, onun yaradıcılığının alim və tədqiqatçılar tərəfindən davamlı olaraq tədqiq edildiyini söyləmişdir. O, dahi şairin yaradıcılığının Hindistan tədqiqat mərkəzlərində böyük maraqla öyrənilməsi nəticəsində iki ölkə arasında əlaqələrin qədimdən başlandığının aşkar olunduğunu diqqətə çatdırmışdır.

Konfransda İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin prezidenti R.Qarexan dahi Nizami Gəncəvinin dühası ilə Azərbaycan və dünya ədəbiyyatının əvəzolunmaz salnaməsinin yaradıldığını bildirmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Vaqif Quliyev tədbirin təşkilinə göstərdiyi dəstəyə görə İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirmiş, iki ölkə arasında bu səpkidə konfransların davamlı keçiriləcəyinə inamını ifadə etmişdir.

Konfransda Azərbaycan və Hindistan alimləri, nizamişünaslar dahi şairin irsini təhlil və tədqiq etdiklərini, onun əsərlərinin dünya ədəbiyyat və fəlsəfi fikrinə töhfələrini qeyd etməklə yanaşı, Nizami Gəncəvinin Azərbaycan torpağı və xalqına mənsubluğunun danılmaz olduğunu bildirmişlər.

Tədbir çərçivəsində Azərbaycanın incəsənət ustalarının çıxışları  böyük maraqla qarşılanmışdır.

Noyabrın 30-da Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən Nyu-Dehlinin "Hans" otelində tədbir iştirakçıları və ictimaiyyət üçün ziyafət təşkil edilmişdir.

 

Azərbaycan.-2012.- 2 dekabr.- S.6.