Ağsu rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. On səkkiz min nəfər əhalinin
yaşadığı 17 yaşayış məntəqəsini
birləşdirən Ağsu-Çaparlı-Bağırlı
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin ilkin
olaraq 6,0 (altı) milyon manatı Ağsu Rayon İcra Hakimiyyətinə
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 dekabr
2012-ci il
Azərbaycan.- 2012.- 5 dekabr.- S.1.