Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir

 

Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdirbu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün geniş qarşılıqlı təmaslar qururlar. Azərbaycanın Asiya regionu ölkələri ilə əməkdaşlığı da bu baxımdan diqqəti cəlb edir. Ölkəmizin regionda yerləşən dövlətlərlə münasibətləri yalnız sərhəd və maraqlara görə deyil, ümumbəşəri dəyərlərə - vətəndaş cəmiyyəti, insan və vətəndaş hüquqlarının təminatı, o cümlədən birgə iqtisadi əməkdaşlıq məramına söykənir.

Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Asiya  ölkələri ilə əlaqələri son illər daha da dərinləşib. Bu əlaqələr isə bütövlükdə Avrasiya bölgəsində sülhün, sabitliyiniqtisadi tərəqqinin təmin olunmasına yönəlib. Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı rola malik olması ölkəmizlə bütün sahələrdə əməkdaşlığa olan marağı artırır.

Bu günlərdə Bakıda Yeni Azərbaycan Partiyasının Təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının toplantısı keçirildi. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və dünyanın ən aktual problemlərinin həllinə öz töhfəsini verməsi ilə bağlıdır.

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası çərçivəsində beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparıldı. Baş Assambleyanın iştirakçı ölkələri bir-birlərinin təcrübəsindən faydalanaraq beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları dəyərləndirərək dövrümüzün bu aktual problemlərinin həlli istiqamətində fikir mübadiləsi apardılar.

Qeyd edək ki, bu yaxınlarda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Təşkilatı da təsis edilib. Əhalisinin əhəmiyyətli hissəsini gənclər təşkil edən Asiya regionunda belə bir qurumun yaradılması çox mütərəqqi haldır.

"Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq" mövzusunda iki gün davam edən Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycanın tarixindən, mədəniyyətindən, turizm imkanlarından, təbii sərvətlərindən, ölkə iqtisadiyyatının sürətli inkişafından, eləcə də torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edən film nümayiş etdirilib. Prezident İlham Əliyevin Bakı şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçılarına ünvanladığı müraciətdə deyilir: "Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu mötəbər qurum ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platformadır. Bu baxımdan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm.

Qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyillərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Elə dövlət müstəqilliyinin 21-ci ildönümünü böyük iqtisadisosial yüksəlişlə qeyd edən Azərbaycan da iqtisadi inkişafın "Azərbaycan modeli"ni yaratmağa nail olmuşdur".

Beynəlxalq təşkilat olan  Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib. İCAPP-ın ölkəmizdə keçirilən VII Baş Assambleyasında Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanır. Bakı Bəyannaməsində deyilir: "Biz Cənubi Qafqaz regionunda ədalətli, qanunun aliliyi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyirik. Bildiririk ki, Azərbaycanın ərazi bütövlüyü pozulmazdır. Biz Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin regionda sülhün, barışığın və təhlükəsizliyin təmin edilməsi, ölkədə demokratik strukturların gücləndirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk".        

Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfə göz qabağındadır. Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadigeostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Cənab İlham Əliyevin yürütdüyü praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avrasiya məkanında strateji, önəmli, birmənalı etiraf olunan dövlətə çevirmişdir.

Bütövlükdə Azərbaycanın artan qüdrəti ölkəmizə olan marağı artırmışdır. Bu, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da ölkəmizin aparıcı rola malik olacağını deməyə əsas verir.

 

Azərbaycan.-2012.- 4 dekabr.- S.2.