Bakıda VI Beynəlxalq Rostropoviç Musiqi festivalı başlamışdır

 

Dekabrın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə VI Beynəlxalq Mstislav Rostropoviç festivalı başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə hökumət və dövlət nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri iştirak etmişlər.

Festivalın bədii rəhbəri Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçdir.

Festivalın açılış mərasimindən əvvəl jurnalistlərə müsahibə verən Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva demişdir ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir. Mstislav Rostropoviç festivalı Bakıda 2007-ci ildən ən yaxşı teatr konsert zallarında keçirilir ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir.

Bakı festivalının daha bir ənənəsi dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin davamçıları olan istedadlı gənclərin üzə çıxarılmasıdır.

Bildirilmişdir ki, bu il dünya şöhrətli sənətkarın anadan olmasının 85, onun paytaxtımızdakı ev-muzeyinin yaradılmasının isə 15 ili tamam olur. Bu münasibətlə festivalın proqramı bir qədər zənginləşmişdir.

Festivalda Rusiya, İtaliya, Böyük Britaniya Azərbaycandan dünya şöhrətli musiqiçilər kollektivlər - Zubin Meta, Enriko Dindo, Maksim Vengerov, Plamena Mangova, Sergey Krılov, Badri Maysuradze, Canluka Marçiano, Stüart Nil, Rauf Abdullayev, Fuad İbrahimov, Elvin Hoca Qəniyev, Maggio Musicale Fiorentino simfonik orkestri, ingilis Litva kamera orkestrləri, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edirlər.

Festivalın ilk günündə Üzeyir  Hacıbəyli adına  Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında yerli xarici bəstəkarların əsərləri dinlənilmişdir. Orkestrin bədii rəhbəri baş dirijoru Azərbaycanın xalq artisti Rauf Abdullayev, solist isə violin ifaçısı Elvin Qəniyevdir.

Konsert çox böyük maraqla qarşılanmışdır.

 

Azərbaycan.-2012.- 4 dekabr.- S.5.