"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 278                   Bakı şəhəri, 5 dekabr 2012-ci il

 

 

 

 "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli fərmanının 1.1.5-ci və 1.1.6-cı yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb  müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları" təsdiq edilsin (2 nömrəli əlavə).

 

 

Artur Rasi-zadƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 6 dekabr.- S.1.