Nazirlər Kabinetində Macarıstanın
nümayəndə heyəti ilə görüş
olmuşdur
Dekabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Macarıstanın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə birgə əməkdaşlığın inkişafının böyük maraq doğurduğu, bunun üçün hər iki ölkənin geniş imkanlara malik olduğu diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, ölkələrimiz arasında əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafı bu səfər çərçivəsində keçirilmiş işgüzar görüşlər və Bakıda Macarıstan Ticarət Evinin açılmasından sonra yeni mərhələyə qədəm qoyacaqdır.
Nümayəndə heyətinin başçısı, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın həmsədri Peter Siyarto səmimi qəbula görə minnətdarlıq etmiş, keçirilmiş görüşlərdə səmərəli fikir mübadiləsi aparıldığını bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında müzakirələr
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 6 dekabr.- S.3.