Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü
keçirilmişdir
Dekabrın 5-də Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişlər.
İşgüzar görüşdə iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini demişdir. Nazir hazırda ölkələr arasında əməkdaşlığa dair möhkəm qanunvericilik bazası olduğunu vurğulamışdır.
Nazir macarıstanlı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmiş, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi üçün hər cür dəstək göstəriləcəyini bildirmişdir.
Nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatının nailiyyətlərindən də danışmışdır.
Macarıstan
Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr
üzrə dövlət katibi, Azərbaycan-Macarıstan
Hökumətlərarası Komissiyanın həmsədri Peter
Siyarto ölkəsinin Azərbaycanla əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin
bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini
vurğulamış, iş adamlarını fəal əməkdaşlığa
dəvət etmişdir.
Azərbaycan.-2012.- 6 dekabr.- S.3.