Azərbaycanın xarici
işlər naziri ATƏT-in Minsk
qrupunun həmsədrləri ilə görüşmüşdür
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür. Bu barədə jurnalistlərə nazirin özü məlumat vermişdir. E.Məmmədyarov bildirmişdir ki, görüş dekabrın 5-də Dublində olmuşdur. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanatın layihəsi müzakirə edilmişdir. Hələlik bəyanatın hansı formada qəbul olunacağı məlum deyildir. Əgər mətni dəqiqləşdirsək, bəyanat qəbul olunacaqdır. Həmsədrlər, həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə də görüşmüşlər.
AzərTAc
Azərbaycan.-2012.- 7 dekabr.- S.1.