Azərbaycan Korrupsiyanı Qavrama İndeksində irəliləyib

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi

 

 

- Azərbaycanda son dövrlərdə korrupsiyaya qarşı mübarizə sahəsində hansı tədbirlər həyata keçirilmiş və nailiyyətlər əldə edilmişdir?

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı olaraq həyata keçirilir. Son illər həyata keçirilən tədbirlərin ardıcıllığına nəzər yetirsək, bu sahədə sistemli, bir-birini tamamlayan mexanizmin mövcud olmasını görə bilərik. Son dövrlər həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planının və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsidir. Bu sənədlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev korrupsiya ilə mübarizədə siyasi iradəsini açıq şəkildə bəyan etmiş, fəaliyyət planlarının uğurlu icrası üçün zəruri resursları səfərbər etmişdir. 2012-2015-ci illəri əhatə edən fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.

Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olmuşdur.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar olan Korrupsiyaya qarşı mübarizə üzrə KomissiyaBaş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyəti təkmilləşdirilmiş, fəaliyyət dairəsi genişləndirilmişdir. Korrupsiyaya qarşı mübarizə İdarəsinə bu sahədə çox mühüm əhəmiyyət kəsb edən əməliyyat-axtarış səlahiyyətləri funksiyası verilmişdir. Bu təcrübə MDB məkanında ilk olaraq Azərbaycanda  tətbiq edilmişdir və idarənin fəaliyyətində səmərəliliyi əhəmiyyətli dərəcədə artırmışdır. Təsadüfi deyildir ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən bu qurum beynəlxalq aləmdə səmərəli antikorrupsiya fəaliyyətinin nümunəvi modeli kimi tövsiyə edilmişdir.

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GREGO) və BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının implementasiyasının qiymətləndirilməsi çərçivəsində Azərbaycan üzrə həyata keçirilmiş dəyərləndirmələrdə bu sahədə görülmüş tədbirlər yüksək qiymətləndirilmişdir.

Korrupsiyanın qarşısının alınması üçün müasir dövrdə tətbiq edilən səmərəli alətlərdən biri də dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının inteqrasiya edilməsidir. Azərbaycanda son dövrlər bu sahədə də əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Dövlət orqanlarının fəaliyyətində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə göstərilən elektron xidmətlərin dairəsi genişləndirilmişdir.

Vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə xidmət edən və bu münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN" xidmət mərkəzlərinin yaradılması dövlət idarəçiliyində yeni mərhələnin əsasını qoymuşdur. ASAN mərkəzləri vətəndaşlara müxtəlif dövlət qurumları tərəfindən göstərilən 23 xidmətin daha keyfiyyətli və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsini nəzərdə tutur. Burada vətəndaşlar dövlət qurumlarına özlərini daha yaxın hiss edir, vaxt itkisi aradan götürülür və hər hansı mümkün mənfi halın qarşısı alınır.

- Dünən Transparency İnternational təşkilatı 2012-ci il üçün Korrupsiyanı Qavrama İndeksini açıqlamışdır. Sizin bu indeksə ümumiyyətlə, münasibətiniz necədir?

- Bu indeksə münasibət dünyanın heç bir ölkəsində birmənalı deyilnisbi qəbul edilməlidir. Çünki nəticələr əsasən sorğular əsasında əldə edilirsubyektivdir. Bu indeksin qüsurları ilə bağlı akademik təsisatlar və araşdırma mərkəzləri tərəfindən müxtəlif vaxtlarda rəylər hazırlanıb, müzakirələr keçirilib. Ümumən son illər bu indekslə ölkələrdəki kontekstreal vəziyyət arasında əhəmiyyətli  fərqlərin olması onun nüfuzuna mənfi təsir etmişdir və tənqidlərin sayını artırmışdır. İndeksi tərtib edən Transparency İnternational təşkilatı da həmin tənqidləri rəsmi qəbul edirbu indeksin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirirdi. Bu səbəbdəndir ki, son 3 ildə bu indeksin tərtib edilmə metodologiyası 2 dəfə dəyişmişdir. Eyni zamanda, korrupsiyanı qavrama indeksi ilə korrupsiyaya qarşı mübarizə sahəsində digər beynəlxalq təşkilatların dəyərləndirmələri  arasında fərqlər və bəzi hallarda ziddiyyətlərin mövcud olması halları qeydə alınır. Bu baxımdan bu indeks heç bir halda mövcud vəziyyət kimi qəbul edilə bilməz.

- Azərbaycan ilə bağlı builki indeksə münasibətiniz necədir?

- Baxmayaraq ki, Azərbaycan bu indeksdə 4 pillə irəliləmişdir, ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar fonunda Azərbaycanın indeksdəki yeri layiqli deyil və reallıqdan çox uzaqdır. İndeksin yeni metodologiya ilə hazırlanması ölkələrin əvvəlki illərin nəticələrinə əsasən müqayisə edilməsini qeyri-mümkün edir. Lakin ölkələrin yerlərinə əsasən müqayisə etsək, Azərbaycan keçən ilə nisbətdə bu il 4 pillə irəlidədir. Belə ki keçən il Azərbaycan sıralamada 143-cü idi və 0-10 ballıq cədvəldə onun balı 2.4 müəyyən edilmişdi.  Builki metodologiyaya əsasən 0-100 ballıq cədvəldə Azərbaycan üzrə 27 bal müəyyən edilmiş və sıralamada 139-cu yeri tutmuşdur. İndeksdə son illər Azərbaycanla bağlı dinamika müsbətdir. Ümumən  ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir. Azərbaycan ilə bağlı dəyərləndirmələr aparan Avropa Şurasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT-nin aidiyyəti qurumlarının hesabatları ilə indeksə müqayisəli baxdıqda bu nəticələr arasında fərqləri asanlıqla müşahidə etmək olar. Azərbaycan bu sahədə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini gücləndirir, ən yaxşı təcrübələrin tətbiqini həyata keçirir. Bu baxımdan biz istərdik ki, görülən işlər beynəlxalq qurumlar tərəfindən daha obyektivçevik qiymətləndirilsin. Təbii ki, həyata keçirilən tədbirlərin bu qiymətləndirmələrdən heç bir asılılığı yoxdur, amma kənar rəy və beynəlxalq təcrübə baxımından bu əməkdaşlıq bizim üçün vacibdir.

Builki indeksdə Azərbaycanla bağlı 6 mənbədən istifadə edilmişdir. Mənbə təşkilatların Azərbaycan üzrə dəyərləndirmələri arasında da fərqlər müşahidə edilir. Belə ki Dünya İqtisadi Forumu, Bertelsman Fondu, Economic İntelligence Unit təşkilatlarının dəyərləndirməsi ilə Freedom House və digər 2 təşkilatın müəyyən etdiyi ballar arasında əhəmiyyətli fərqlər mövcuddur. Bu da müxtəlif mənbələrin ortaq məxrəci hesab edilən Korrupsiyanı Qavrama İndeksinə öz mənfi təsirini göstərmişdir. Ümumən indeks üçün mənbə kimi çıxış edən təşkilatları iki qrupa bölmək olar: iqtisadisiyasi sahədə fəaliyyət göstərən təşkilatlar. İqtisadi sahədə olan mənbələrdə artıq qeyd edildiyi kimi, Azərbaycanın göstəriciləri yüksəkdir. Bildiyiniz kimi, iqtisadi sahədə olan göstəricilər obyektiv rəqəmlərə, siyasi təşkilatlar tərəfindən aparılan dəyərləndirmələr isə əsasən subyektiv yanaşmaya əsaslanır.

 

Azərbaycan.-2012.- 7 dekabr.- S.2.