Ulu öndər Heydər Əliyevin əziz
xatirəsi ehtiramla yad edildi
1969-cu ildən Azərbaycanın mürəkkəb və taleyüklü qayğılarını çiyninə alaraq onu qısa bir zaman kəsiyində postsovet məkanında qabaqcıl respublikalardan birinə çevirən ulu öndər Heydər Əliyev sonradan xalqımızın ən parlaq siyasi siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixə öz imzasını yazdı. İkinci dəfə hakimiyyətə qayıdanda ölkədə həllini gözləyən problemlərin böhran həddinə çatması onun siyasi əzmini qıra bilmədi, iradəsini sarsıtmadı. Ulu öndər yalnız özünə məxsus olan cəsarətlə, möhkəm iradəli liderə xas bacarıqla qısa zamanda cəbhədə atəşkəsə nail oldu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırdı, dünyaya səpələnmiş soydaşlarımızın birliyini yaratdı. Ən vacibi, dünyanın nəhəng dövlətlərinin strateji maraqlarını Azərbaycanın mənafeyi istiqamətində birləşdirməyə nail oldu. Xalqımızın tarixində, ictimai-siyasi həyatında ulu öndər qədər misilsiz xidmətlər göstərən ikinci dövlət xadimi olmamışdır. Heydər Əliyev dövrün tarixini yaradan və yaşadan, onun fövqündə dayanmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını gözəl bilən fenomenal bilik sahibi idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümüdür. Onun böyüklüyü təkcə mənsub olduğu ölkədə deyil, ölkənin hüdudlarından çox-çox uzaqlarda da anılır. Dünən səhər açılandan yaşından, vəzifəsindən asılı olmayaraq ölkənin minlərlə vətəndaşı ulu öndərə məhəbbətini ifadə etmək üçün Fəxri xiyabana gələrək məzarını ziyarət edirdi.
Onlardan biri Ofelya Əhmədova idi. O, müəllimdir. Söhbət
zamanı dedi: - Mən Masallıdan gəlmişəm, uzun illərdir
rayonda fizika-riyaziyyat müəllimi işləyirəm.
Keçən il qış sərt
keçirdi. Qar yolları
bağladığından ulu öndərin məzarını
ziyarət etmək arzusu ürəyimdə qaldı. Dağ rayonundan gəlmək çətin idi. Çox şükür, bu dekabr hava xoşdu, ona
görə heç bir əziyyət çəkmədən
Bakıya gəldim və bu gün saysız-hesabsız ziyarətçilərdən
biri olmağımdan qürur hissi keçirirəm. Axı ulu öndər Heydər Əliyev müəllimə
böyük dəyər verirdi. Hər dəfə
çıxışlarında təhsil məsələsinə
toxunur, müəllim sənətini yüksək qiymətləndirirdi.
Sağlığında dəfələrlə
müəllimlərin əməkhaqlarını
artırmışdı. Məktəblərin
səliqə-sahmanlı, müasir tələblərə cavab
verməsini tələb edirdi. Ən yüksək
keçid balı ilə ali məktəblərə
daxil olan tələbələrə Prezident təqaüdünün
verilməsi də onun təşəbbüsüdür.
Bacımın nəvəsi bir neçə il
öncə Tibb Universitetinə daxil olarkən Prezident təqaüdünə
layiq görüldü və sonadək əla oxudu. Prezident İlham Əliyev ulu öndərin təhsilə
və müəllimlərə olan qayğısını əsirgəmir.
Son illər ölkəmizdə, xüsusən də
rayonlarda və kəndlərdə 400-dən çox yeni məktəb
tikilib. Biz ulu öndərə
ehtiramımızı nümayiş etdirmək, onun abidəsi
önündə baş əymək üçün
Masallıdan Bakıya gəlmişik. Burada
gördüyüm izdiham, qələbəlik isə dahi
öndərin bu gün də milyonların qəlbində
yaşamasının sübutudur. Şagirdləri
də ziyarətçilərin arasında görəndə
ürəyim dağa dönür.
Rüstəm
Qarayev, polkovnik: - Sovet dönəmində Azərbaycan kimi
müsəlman respublikasında hərbi kadrlar hazırlayan milli
məktəbin yaradılması mümkün olan iş deyildi.
Yazılmamış qanunlara görə, belə məktəblər
yalnız Rusiyada, Ukraynada və Belorusiyada ola
bilərdi. Lakin Heydər Əliyev mərkəzin
qoyduğu bütün qadağaları, maneələri
aşaraq Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin
açılmasına nail oldu. 1973-cü ildə
Bakıda C.Naxçıvanski adına ilk hərbi
məktəbin açılışını etdi. Bununla da respublikada hərbi
kadrların yetişdirilməsinin təməli qoyuldu. Hərb sənətinə ölkədə maraq
oyandı, gənclər arasında bu sahəyə üz
tutanların sayı artdı. Bu məktəb
sonralar Azərbaycanda milli ordu quruculuğunda əvəzsiz rol
oynadı. Bugünümüzdən
keçmişə boylananda ulu öndər Heydər
Əliyevin nə qədər öncəgörən
olduğunu müəyyən edirsən. O zaman bir
çox sahələrdə, o cümlədən hərb sahəsində
yüzlərlə gənc Rusiyaya təhsil almağa gedirdi. Onların arasında Rusiyanın müxtəlif şəhərlərində
qalıb çalışanlar da oldu. Mən
də onlardan biri kimi uzun illər Ukraynada işlədim. Lakin vətənimin
mənim kimi hərbçi kadrlara ehtiyacı olduğu
üçün 1998-ci ildə Azərbaycana qayıtdım.
C.Naxçıvanski adına Ali Hərbi Məktəbin
minlərlə məzunu bu gün bizi, yaşlı nəslin
nümayəndələrini əvəz edir. Bunlar
hamısı ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir.
Samaya
Aslanova, təqaüdçü: - Təbiətin verdiyi
ömrü hər birimiz yaşayırıq, amma ulu öndər
hamıdan fərqli və ləyaqətli bir ömür
sürdü. Mən uzun illər Bakının
53 saylı orta məktəbində ibtidai sinif müəllimi
işləmişəm. Ulu öndərin dəfələrlə
toplantılarında olmuşam. Onun hər kəlməsi çox dəyərli və mənalı idi. Müəllimlərə
həmişə sevgiylə, hörmətlə yanaşar və
bunu hər kəsə tövsiyə edərdi. Onun təhsilə, məktəbə yönümlənən
siyasi xətti ölkəmizdə uğurla davam etdirilir. Hər gün yeni məktəblər tikilir,
onların müasir avadanlıqlarla təchiz edilməsinə
xüsusi diqqət yetirilir. Sevindirici haldır
ki, ölkə Prezidenti İlham Əliyev bu strategiyanı
layiqincə davam etdirir.
Azərbaycan
Texniki Universitetinin Konstruksiya və kompozisiya
materiallarının texnologiyası kafedrasının baş
laborantı Səmayə Şahnəzərova bizimlə
söhbətində bildirdi ki, müasir Azərbaycan dövlətinin
qurucusu, dünyanın siyasət
korifeylərindən biri, ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəldiyi dövrlərə nəzər
salsaq görərik ki, hər iki halda Azərbaycan
böhranlı vəziyyətdə olmuşdur. Doğrudur, ulu
öndər Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndə
bugünkü kimi Azərbaycan torpaqları erməni təcavüzünə
məruz qalmamış, ərazilərinin 20 faizi işğal
altına düşməmişdi. Lakin həmin dövrün
böhranlı vəziyyəti tamam başqa cür idi: "O
illərdə Azərbaycan Respublikası keçmiş Sovetlər
İttifaqının tərkibində ən geridə qalan
müttəfiqlərdən biri idi. Demək olar
ki, Azərbaycanın kənd təsərrüfatı,
ağır və yüngül sənayesi sahəsində
ürəkaçan bir göstərici yox idi. Ədəbiyyat, incəsənət, elm, mədəniyyət
sahələrində durğunluq hökm sürürdü.
Rəsmi Moskvanın Azərbaycanın inkişafına
münasibətinin başqa respublikalara nisbətən fərqli
olduğu aydın hiss olunurdu. Lakin tezliklə ulu
öndər Heydər Əliyevin sayəsində hər şey
dəyişdi, Azərbaycan sürətlə inkişaf edən
ölkəyə çevrildi.
Bir pedaqoq kimi deyə bilərəm ki, yetişən gəncliyin
Heydər Əliyevin ideyaları ruhunda tərbiyə
olunması, müdrik rəhbərimizin
qurub-yaratdığı müstəqil dövlətimizin
şanlı tarixinin onlara elmi əsaslarla mənimsədilməsi
və təbliği vacib məsələdir. Azərbaycan
yaşadıqca ulu öndərin adı onunla qoşa çəkiləcək.
Ulu öndərin çəkdiyi zəhmət
xalqımızın gözü önündədir. Biz ulu öndərin xalqa sədaqətli xidmət mədəniyyətinin
təbliğatçılarına çevrilməli, vətəni
onun kimi sevməli və sevdirməliyik.
"Azərbaycan
Dövlət Dəmiryolu" QSC-nin əməkdaşları Məzahir
Səfərov və Müseyib Həmzəyev 2003-cü üldən bu günədək
dövlətimizin keçdiyi
inkişaf yolundan, qazandığı uğur və nailiyyətlərdən
söz açaraq bildirdilər ki, Azərbaycanın regionda
lider dövlətə çevrilməsi xalqımızın
ümummilli liderinin, həyat və fəaliyyətini
bütünlüklə müstəqil
respublikamızın çiçəklənməsinə,
onun dünya birliyində layiqli yer tutmasına yönəltmiş ulu öndər Heydər Əliyevin
xidmətidir. Ümummilli liderin uzaqgörən və
alternativsiz siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Müstəqil
Azərbaycan
dövlətinin qurulmasında və dövlətçiliyinin
qorunub saxlanmasında
xilaskarlıq simvolu kimi yaşayan ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini saymaqla
qurtarmaz. Ən əsası isə odur ki,
ümummilli lider Azərbaycanın sivil dövlət kimi
inkişafının əsasını qoymuşdur.
Çətin və əzablı həyat yolu keçmiş
Azərbaycanın bugünkü inkişafına baxanda böyük
qürur hissi keçirirsən. Ölkəmiz heç vaxt görünməmiş
qüdrətli bir inkişafa nail olub.
Azərbaycan
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının tələbəsi Həbib Misirov: - Azərbaycan
xalqının xoş və firavan həyatına
ömrünü həsr edən ümummilli lider Heydər
Əliyevin bəşəri şəxsiyyət olması yeni tariximizin
bütün səhifələrində özünü təsdiqləyir.
Dərin kədər və hüznlə qeyd etməliyik ki,
2003-cü il dekabr ayının 12-də Azərbaycan xalqı
ağır itki ilə
üzləşdi. Ümummilli lider Heydər Əliyev kimi
tarixi şəxsiyyətini itirən xalqımızın həmin
ərəfədə
keçirdiyi kədər böyük idi. Lakin bu uzun sürmədi. Ulu
öndər özü qədər inandığı siyasi
varisini sevimli xalqına və müstəqilliyini bərpa
etmiş Azərbaycan dövlətinin bugünü və
sabahını etibarlı əllərə tapşırıb
gedirdi. Məhz bu baxımdan
nigarançılığa əsas yox idi.
Ulu öndərin anım günü yalnız matəm
libaslı deyil. Xalqımızın çoxsaylı
nümayəndələri
müstəqil dövlətimizin memarı və
qurucusunun müqəddəs məzarını ziyarət etmək
üçün dəstə-dəstə Fəxri xiyabana
üz tutmuşdular. Ziyarətçilər belə
qüdrətli dövlətin banisi olduğu üçün
ümummilli liderlə daim fəxr edəcəklərini dilə
gətirir, cənab Prezidentin ətrafında sıx birləşməklə,
respublikamızın inkişafında öz əmək və
zəhmətlərini bundan sonra da əsirgəməyəcəklərini
əminliklə ifadə edirdilər.
Öz əməli, xilaskarlıq missiyası ilə tarixdə
silinməz izlər qoymuş şəxsiyyətlər
azdır. Amma hər xalqın, millətin təkamül tarixində
belə şəxsiyyətlər olub. Kifayət
qədər mürəkkəb və keşməkeşli bir
dönəmdə xalqının köməyinə çatan
ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf
tarixində silinməz izlər qoymuşdur. Onun titanik fəaliyyəti nəticəsində Azərbaycan
dünyanın siyasi meydanında öz sözünü deyə
bilən qüdrətli dövlətə çevrilib.
Başqa xalqların, millətlərin əsrlərlə əldə
elədiyini Azərbaycan xalqı bir neçə ilə
gerçəkləşdirdiE
Samir Mustafayev, tələbə: - Siyasi varislik qısa müddət ərzində Prezident İlham Əliyevin əməli fəaliyyətində öz təsdiqini tapmış oldu. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, inkişaf sürətinə görə Avropa və dünya dövlətləri arasında seçildi. Ötən 9 il ərzində ulu öndərin Fəxri xiyabandakı müqəddəs məzarı əsl ziyarətə çevrilib. Yaşından və ictimai fəaliyyətindən asılı olmayaraq, xalqımızın geniş təbəqəsinin nümayəndələri - əmək kollektivləri, tələbə-gənclər, bir sözlə, hamı nəinki dekabr ayının 12-də, ilin bütün fəsillərində ümummilli liderin məzarını ziyarət edir, dövlətimizə sədaqətli xidmətdə ulu öndərin tövsiyələrinə bundan sonra da sadiq qalacağına söz verir.
"Təmiz Şəhər" ASC ilə "Nurgün" Şirkətlər Qrupunun kollektivi də builki anım tədbiri iştirakçıları sırasında idi. Bu əmək kollektivlərinin fikirlərini ifadə edən Xəyyam Əsgərov, Ceyhun Əhmədov və Sabit Zeynalov bildirdilər ki, Heydər Əliyevin Azərbaycanın inkişafındakı xidmətləri unudulmazdır. Məhz bunun sayəsində Azərbaycan xalqı özünün xoşbəxt günlərini yaşayır, qurub-yaratmaq əzmi ilə çalışır. Hər bir dövlətin möhkəmliyi, sosial-iqtisadi qüdrəti onun vətəndaşlarının torpağa bağlılığından, vətənə olan sevgisindən, geniş elmi təfəkkürə, yüksək dünyagörüşə, dərin biliyə, bacarığa, işgüzarlıq qabiliyyətinə və digər ali insani keyfiyyətlərə malik olmasından çox asılıdır.
Respublikamızın bütün şəhər və rayonlarının nümayəndələri, paytaxt sakinləri, xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar dünən səhər tezdən axşama kimi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli liderinin məzarını ziyarət etdi, xatirəsini əziz tutdu, ruhu qarşısında baş əydilər. Azərbaycanın özü qədər əbədi olan ümummilli lider Heydər Əliyev sevdiyi xalqının qəlbində böyük məhəbbətlə anılır, yaşanır və əbədi olaraq bundan sonra da yaşayacaqdır.
Rəsmiyyə
RZALI,
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2012.- 13 dekabr.- S.4.