Sloveniya Respublikasının yeni seçilmiş Prezidenti

 zati-aliləri cənab Borut Pahora

 

Hörmətli cənab Pahor!

Sloveniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Keçən il Sloveniyaya etdiyim rəsmi səfər zamanı Sizinlə keçirdiyim görüşü məmnuniyyətlə xatırlayıram.

Şübhə etmirəm ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 8 dekabr.- S.1.