Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı
ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu
və təşkili Qaydaları"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 281 Bakı şəhəri,
6 dekabr 2012-ci il
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 561) ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.5-ci bəndin ikinci cümləsindən "(15 auditoriya və 15 tələbənin sərbəst işi)" sözləri çıxarılsın;
1.2. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.";
1.3. 2.17-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"2.17. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.- 8 dekabr.- S.1.