Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu
il 23 aprel
tarixli
75 nömrəli qərarı ilə
təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət
standartı
və proqramı"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 280 Bakı şəhəri,
6 dekabr 2012-ci il
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 4, maddə 365) ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.7.1-ci yarımbəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
"Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir.";
1.2. 8.7.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 8 dekabr.- S.1.