Şərəfli ömür yolu

 

Elm xadimləri

 

Dünya elm tarixində riyaziyyat həmişə aparıcı mövqedə olmuş və bəşəriyyət bu sahənin müxtəlif istiqamətlərində bir çox görkəmli alimlər yetirmişdir. Ölkəmizə gəldikdə isə, riyaziyyat dəqiq elm sahəsi kimi XX əsrin birinci yarısında təşəkkül tapmış, həmin dövrdən indiyədək böyük inkişaf yolu keçmiş və tanınmış imzalar bəxş etmişdir. Bu baxımdan Azərbaycanda riyaziyyat məktəbinin yaradılmasında misilsiz xidmətlər göstərən  akademiklər Z.Xəlilovun, Ə.Hüseynovunİ.İbrahimovun adları xüsusi qeyd olunmalıdır.

Həmin görkəmli riyaziyyatçıların yetirmələri arasında akademik Akif Hacıyevin  özünəməxsus yeri var. O, görkəmli tənqidçi, ədəbiyyatşünas alim Cəfər Xəndanın ailəsində dünyaya göz açmışdır. Ailə mühitindəki ənənəyə uyğun olaraq o, kiçik yaşlarından dəqiq elmlərə daha çox meyil göstərmişdir. Bu maraq Akif Hacıyevi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə gətirib çıxarmışdır. 1960-cı ildə bu təhsil ocağını bitirərək Azərbaycan Elmlər Akademiyasının RiyaziyyatMexanika İnstitutuna təyinatla işə göndərilmişdir. Gənc riyaziyyatçının Funksiyalar nəzəriyyəsi şöbəsinin rəhbəri olan görkəmli alim İbrahim İbrahimovla ilk tanışlığı və elmi əməkdaşlığı da həmin institutdan başlamışdır. Xətti müsbət operatorlar ardıcıllıqlarının yığılması məsələsinin konstruktiv funksiyalar nəzəriyyəsində mühüm tətbiqləri o zaman riyaziyyat sahəsində aparılan yeni tədqiqatlar idibu da yaxınlaşma nəzəriyyəsinin yeni -   funksiyaların operatorlarla yaxınlaşması istiqamətinin yaranmasına təkan vermişdi. Alimin ilk tədqiqatları da məhz bu sahədə öz əksini tapmışdı.

1964-cü ildə Akif Hacıyev aspiranturada oxumadan Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Dissertasiyanın birinci opponenti, məşhur sovet riyaziyyatçısı, Leninqrad (Sankt-Peterburq) Universitetinin professoru B.A.Rimarenko (XX əsrin ən görkəmli riyaziyyatçılarından olan akademik S.N.Bernşteinin tələbəsi) öz rəyində alınan nəticələrə yüksək qiymət verməklə, işdə baxılan və xətti operatorlar vasitəsilə qurulan ümumi yaxınlaşma metodunun məşhur Bernştein-Roqozinski metodunun davamı olduğunu xüsusi vurğulamışdı.

Müdafiədən sonra 1964-1974-cü illərdə alim yaxınlaşma nəzəriyyəsi sahəsindəki araşdırmalarını davam etdirirdünya riyaziyyatçıları tərəfindən qəbul olunmuş əsaslı nəticələrin müəllifi kimi tanınır. A.Hacıyevin iki parametrli sinqulyar inteqrallara aid nəticələri konstruktiv funksiyalar nəzəriyyəsinə mühüm bir töhfə olur və məşhur Polşa riyaziyyatçısı R.Taberskionun tələbəsi B.Radzevskayaya bu sahədə başqa mühüm nəticələr almağa imkan verir.

1970-ci ildə Akif Hacıyev İ.İbrahimovla birlikdə Moskvada "SSRİ EA-nın məruzələri" ("DAN SSSR") jurnalında sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının qurulmasına aid ümumi bir üsul təklif edir. Bu üsulla qurulan operatorlar müsbət operatorlara aid olan P.P.Korovkinin təməl teoremini ödəməklə o vaxta qədər yaxınlaşma nəzəriyyəsində məlum olan bütün xətti müsbət operatorları əhatə edirdilər və bu, sonrakı illər bir çox riyaziyyatçının diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, amerikalı riyaziyyatçı B.Vood və rumıniyalı riyaziyyatçı Radatsın məqalələrində bu operatorlara Hacıyev-İbrahimov (Gadzhiev-İbraqimov) operatorları adı vermişlər və həmin adla da onlar riyazi ədəbiyyata daxil olmuşlar.

A.Hacıyevin 1974-cü ildə həmin "DAN SSSR", 1976-cı ildə  "Matematiçeskiye zametki" jurnallarında çap etdirdiyi məqalə və orada araşdırılan problem, alınan nəticələr müəllifin dünyanın qabaqcıl riyaziyyatçıları sırasında öz layiqli yerini tutmasına gətirib çıxardı.

1974-cü ildə akademik tərəfindən vahid dairədə analitik funksiyalar fəzasında təyin olunmuş xətti operatorlar da tədqiq edilmişdir. Onun ABŞ-ın "Rocky Mount. C. Of Math." jurnalında 2002-ci ildə xətti müsbət operatorlar ardıcıllığının statistik yığılmasına dair və dünyanın aparıcı riyaziyyatçılarının fikrincə, bu sahədə birinci olan məqaləsi də xüsusi qeyd edilməlidir.

Akademik A.Hacıyevin çalışdığı başqa bir istiqamət çoxdəyişənli tam funksiyalar nəzəriyyəsidir ki, burada onun diqqətini cəlb edən məşhur Bernştein bərabərsizliyidir. Görkəmli alimin 1979-cu ildə çap etdirdiyi məqalədə cüt tərtibdən bircins diferensial polinomlar üçün tam funksiyaların indikatrisası terminlərində Bernştein tipli bərabərsizlik isbat edilmişdir. Çoxdəyişənli tam funksiyalar sinfində indikatrisalar terminlərində Nikolski tipli bərabərsizliklər akademikin tələbəsi, hazırda elmlər doktoru, professor İ.Əliyev tərəfindən əldə edilmişdir.

A.Hacıyevin tədqiqatlarının mühüm istiqamətlərindən biriçoxölçülü sinqulyar inteqrallar nəzəriyyəsidir. Bu sahədə çoxölçülü sinqulyar inteqralın simvolu və xarakteristikasının kürə üzrə diferensial xassələri alim tərəfindən 1970-ci illərin sonunda verilmiş və əldə edilən nəticələr 1980-ci ildə "DAN SSSR" və 1981-ci ildə "Matematiçeskiy sbornik" jurnallarında  çap edilmişdir. Bu nəticələr Akif Hacıyevin "Çoxölçülü bürünmə tipli operatorlar nəzəriyyəsi üzrə tədqiqatlar" adlı doktorluq dissertasiyasının  əsasını təşkil edirdi  o, 1982-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutunun müdafiə şurasında dissertasiyanı müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almışdır. Opponentlərin - SSRİ EA-nın müxbir üzvü L.D.Kudryavtsevin, Özbəkistan EA-nın akademiki S.A.Alimovun, professor S.Q.SamkonunMoskva Dövlət Universitetinin rəylərində dissertasiyaya çox yüksək qiymət verilmiş, işdə sinqulyar inteqralların simvollarının hamarlıq nəzəriyyəsinin qurulduğunusinqulyar inteqrallar nəzəriyyəsinin qiymətli nəticələrlə zənginləşdiyi xüsusi qeyd edilmişdir. Professor S.Q.Samko A.Hacıyevin simvol üçün aldığı tərs formulu "incə bir formul" adlandırmış və özünün "İzv. Vuzov SSSR" jurnalında 1983-cü ildə çap etdirdiyi məqaləsində formula xüsusi yer vermişdir. A.Hacıyevin sinqulyar inteqrallar nəzəriyyəsinə aid nəticələri görkəmli riyaziyyatçılar MixlininPresdorfun 1994-cü ildə ABŞ-da çap etdirdikləri "Sinqulyar inteqrallar" kitabına da daxil edilmişdir.

Bu nəticələr daha sonra bir çox riyaziyyatçılar tərəfindən davam etdirilmişdir. Sinqulyar inteqralların bir çox xassələri A.Hacıyev və onun tələbələri tərəfindən araşdırılmış, o cümlədən 1992-ci ildə "Matematiçeskiy sbornik" jurnalında çap edilmiş İ.Əliyev ilə birlikdə yazdıqları məqalədə ümumiləşmiş sürüşməyə bağlı olan çoxölçülü sinqulyar inteqrallar üçün ikiçəkili bərabərsizliklər isbatlanmışdır.

Akademik Akif Hacıyevin çalışmalarının bir istiqaməti də  potensiallar nəzəriyyəsidir. Bununla bağlı 1989-1990-cı illərdə ümumiləşmiş sürüşməyə aid RissBessel potensiallarının mühüm xüsusiyyətlərinin tədqiq edilməsini və ümumiləşmiş sürüşməyə bağlı olan parabolik potensialların tərifini və araşdırılan xassələrini qeyd etmək olar. Həmin potensialların Furye-Bessel çevirməsi ilə əlaqəsi və Laplas-Bessel operatorunun mənfi kəsir qiymətlərilə bağlı olması da məhs A.Hacıyevin çalışmalarında göstərilmişdir.

2006-cı ildə akademik tələbələri ilə birlikdə Riss potensialları və parabolik potensialların aproksimativ xassələrinə aid mühüm nəticələri  "Journal of  Approximation theory" və "Bull. of Australian Math. Soc." jurnallarında çap etdirir.

1978-ci ildən Akif Hacıyev yeni açılmış Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi şöbəsinin rəhbəri vəzifəsində işləməyə başlayır (sonralar bu şöbə Riyazi analiz adlanır). 1985-ci ildə SSRİ  Ali Attestasiya Komissiyasının qərarı ilə ona riyazi analiz ixtisası üzrə professor elmi adı verilir. 1985-1989-cu illərdə AAK-ın qərarına əsasən, Tbilisi Dövlət Universiteti nəzdində regional doktorluq şurasının üzvü təyin olunur. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir.

Akif Hacıyev 1991-ci ildə İstanbulda keçirilən I Türkiyə-Azərbaycan riyaziyyatçıları simpoziumunda etdiyi məruzədən sonra Ankara Universitetində işləmək təklifi alır və 1992-ci ilin sentyabrından 1999-cu ilin yanvarına kimi Ankara Universitetinin müsafir professoru işləyir. Həmin illər Türkiyədə yaxınlaşma nəzəriyyəsi üzrə mütəxəssislərə ehtiyac hiss olunurduona görə də bu sahədə praktiki olaraq heç bir məqalə çap olunmurdu. Akif Hacıyevin Türkiyəyə dəvət olunması bu sahəyə canlanma gətirir və o, Ankara Universitetinin matematik bölümündə "Xətti müsbət operatorlar və yaxınlaşma nəzəriyyəsi", "Harmonik funksiyalar", "Delta-nüvəli inteqral operatorlar", "Furye çevirmələri", "İnterpolyasiya fəzaları" kimi kurslar aparır və məruzələr oxuyur. 1995-ci ildə akademik Ankara Universitetinin matematik bölümü başqanı, Türkiyənin həndəsə üzrə tanınmış alimi professor H.Hacısalihoğlu ilə birlikdə "Xətti müsbət operatorlar ardıcıllıqlarının yığılması" adlı kitab çap etdirir. Ankara Universitetində çalışdığı illərdə akademikin rəhbərliyi altında 7 magistr və 15 doktor (PhD) dissetasiyası müdafiə edilir. Onun rəhbərliyi altında işləyən 5 nəfər Türkiyənin müxtəlif universitetlərinin dosentidir. Hazırda akademik A.Hacıyevin tələbələri Türkiyənin bir cox universitetlərində çalışırlar.

1999-cu ildən akademik yenidən AMEA-nın RiyaziyyatMexanika İnstitutunun Riyazi analiz şöbəsinin rəhbəri kimi fəaliyyətini davam etdirir. Həmin il əvəzçiliklə Azərbaycan Milli Aviasiya Akademiyasının "Riyaziyyatmexanika" kafedrasının müdiri vəzifəsinə də təyin olunur.

2001-ci ildə Akif Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilirFizika-Riyaziyyattexnika elmləri bölməsinin akademik-katibi təyin olunur. 2004-cü ildə isə RiyaziyyatMexanika İnstitutunun direktoru vəzifəsində çalışır və ictimai əsaslarla bu vəzifəni yerinə yetirir. Həmin illərdən A.Hacıyev həm elmi, həm də təşkilati fəaliyyətlə məşğul olmağa başlayır. Yalnız AMEA miqyasında deyil, bütövlükdə respublikada riyaziyyatmexanika elmlərinin inkişafında, yeni kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır.

A.Hacıyev 2002-2005-ci illərdə Ali Attestasiya Komissiyasının riyaziyyatmexanika ixtisasları üzrə ekspert komissiyasının sədri, 2005-ci ildən isə AMEA-nın RiyaziyyatMexanika İnstitutu nəzdində riyaziyyatmexanika ixtisasları üzrə doktorluq müdafiə şurasının sədridir.

O, 2010-cu ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti kimi də fəaliyyət göstərir. Onun baş redaktorluğu ilə Cəmiyyətin "Azerbaijan Journal of Mathematics" elmi jurnalı buraxılır ki, bu jurnalda dünyanın bir çox ölkəsindən olan görkəmli alimlər məqalələr dərc etdirirlər. Cəmiyyətin xətti ilə "Selekted Works of Akif D.Gadjiev covering of 2003-2011" məqalələr toplusu da yaxınlarda çapdan çıxmışdır. Akademik Akif  Hacıyev 100-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 27 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilmişdir.

Görkəmli alimin Azərbaycan riyaziyyat elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək müxtəlif dövlət təltiflərinə layiq görülmüşdür. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmiş, 2005-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

Akademik Akif Hacıyev indi də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, Fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi, Riyaziyyat və Mexanika İnstitutunun direktoru və tanınmış riyaziyyat  məktəbinin rəhbəri kimi layiqincə elmimizə, xalqımıza xidmət edir. Ona yeni-yeni yaradıcılıq uğurları və uzun ömür arzulayırıq.

 

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər Akademiyasının

 prezidenti, akademik

Azərbaycan.-2012.- 8 dekabr.- S.6.