Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin

 «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» məqaləsi

qırğız və rus dillərində kitab şəklində nəşr olunacaqdır

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi ictimaiyyət üçün olduqca maraqlı, eyni zamanda, geniş əks-səda doğuran "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" sərlövhəli məqaləsi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə qırğız və rus dillərində kitab şəklində nəşr olunacaqdır.

Son vaxtlar bəzi mətbuat orqanlarında Azərbaycana qarşı təxribatların, milli tariximizin saxtalaşdırılmasına yönəlmiş məlumatların sayı artmışdır. Bu baxımdan akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" elmi məqaləsi vaxtında yazılmışdır.

Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik tarixi, elmi, ictimai-siyasi məfkurəsi ilə bağlı yazdığı bu məqalə elmi dəlillərin və faktların zənginliyi, obyektivliyi ilə diqqəti cəlb edir. 

Dərin elmi məzmunlu, vətənpərvər ruhlu "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin qırğız oxucularının da marağına səbəb olacağı nəzərə alınaraq Bişkekdə fəaliyyət göstərən  Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu onu qırğız dilinə tərcümə etdirmişdir. Məqaləni qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev çevirmişdir.

Mukan Asanaliyev Azərbaycan oxucularına yaxşı tanışdır. Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü", Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması

(3 dildə: qırğız, rusingilis dillərində), Mir Cəlalın "Seçilmiş əsərləri" üçcildliyi, Adil Cəmilin "Manas eposutürk dastançılıq ənənələri" monoqrafiyası və başqa əsərlər M.Asanaliyevin tərcüməsində qırğız oxucularına çatdırılmışdır.

Bundan başqa, hazırda Fond məqalənin aktuallığını nəzərə alaraq Qırğızıstandakı  bir sıra informasiya agentliklərinin saytlarında də yerləşdirilməsi üçün danışıqlar aparır. Bunların arasında Qırğızıstanın "Kabar" dövlət informasiya agentliyi də vardır.

 

 AzərTAc

Azərbaycan.-2012.- 9 dekabr.- S.1.