Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 287                        Bakı şəhəri, 6 dekabr 2012-ci il

 

 

 

 "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 860) ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 1-ci hissəsində "Dövlət Sərhəd Xidmətində" sözlərindən sonra ", Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində" sözləri əlavə edilsin, "qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə" sözləri "qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə" sözləri ilə əvəz edilsin.

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 9 dekabr.- S.2.