"Hərbi qulluqçulara (hərbi təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 286                   Bakı şəhəri, 6 dekabr 2012-ci il

 

 

 

 "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hərbi qulluqçulara (hərbi təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 638, ¹ 10, maddə 902; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 8, maddə 777) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində "hərbi təhsil" sözləri "xüsusi təyinatlı təhsil" sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissəsinə "Penitensiar Xidmətinin" sözlərindən sonra ", Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin" sözləri əlavə edilsin.

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 9 dekabr.- S.2.