"Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 285                   Bakı şəhəri, 6 dekabr 2012-ci il

 

 

 "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. adında, mətnində və həmin qərarla təsdiq edilmiş 1-5 nömrəli əlavələrin adında "Sərhəd Xidmətinin" sözlərindən sonra ", Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin" sözləri əlavə edilsin və "qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin" sözləri "qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin" sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissədə "müddətindən artıq hərbi xidmətdə olan hərbi qulluqçulara" sözləri, 7-ci hissədə "müddətindən artıq hərbi xidmət hərbi qulluqçularına" sözləri və həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavənin cədvəlində "müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları" sözləri ismin müvafiq hallarında "müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları" sözləri ilə əvəz edilsin;

1.3. 6-cı hissədə "Xidmətinin Sədri" sözləri "Xidmətinin sədri, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin;

1.4. 8-ci hissədə "Azərbaycan Respublikası Prezidentinin "Ezamiyyət xərclərinin ödənilməsi normaları haqqında" 1992-ci il 16 mart tarixli 187 nömrəli sərəncamı" sözləri "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 9 dekabr.- S.2.