"Azərbaycan
Respublikası hərbi qulluqçularının və hərbi
mükəlləfiyyətlilərinin sosial müdafiəsinin
gücləndirilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli
67 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 284 Bakı şəhəri,
6 dekabr 2012-ci il
"Hərbi vəzifə və hərbi
xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci
il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Azərbaycan Respublikası
hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin
sosial müdafiəsinin gücləndirilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli
qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1.
adında və preambulasında "hərbi mükəlləfiyyətlilərinin"
sözləri "hərbi vəzifəlilərinin"
sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissədə "Nazirlikləri" sözündən sonra ", Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin, "Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hərbi qurumların" sözləri "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin" sözləri ilə əvəz edilsin;
1.3.
4-cü hissədə "Təlim və ya yoxlama
toplanışlarına" sözləri
"Toplanışlara" sözü ilə, "hərbi
mükəlləfiyyətlilərə" sözləri
"hərbi vəzifəlilərə" sözləri ilə,
"hərbi mükəlləfiyyətlinin" sözləri
"hərbi vəzifəlinin" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 9 dekabr.- S.2.