Qusar şəhər İnternat məktəbinin bazasında
Qusar Peşə Liseyinin
yaradılması haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 282 Bakı şəhəri,
6 dekabr 2012-ci il
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4-cü bəndinə və 2006-cı il 29 mart tarixli 1386 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın tədbirlər planının 13-cü hissəsinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qusar şəhər İnternat məktəbi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qusar Peşə Liseyi yaradılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Qusar Peşə Liseyinin maliyyələşdirilməsi üçün Qusar şəhər İnternat məktəbinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan vəsaitin rayonun yerli xərclərindən çıxarılaraq Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsinin müvafiq paraqrafı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin büdcəsinə daxil edilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qusar Peşə Liseyinin fəaliyyətinin təmin edilməsi və ləğv edilmiş Qusar şəhər İnternat məktəbinin şagirdlərinin təhsillərini ərazidə yerləşən digər ümumtəhsil məktəblərində davam etdirməsi üçün zəruri tədbirlər həyata keçirsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. "İlk peşə-ixtisas təhsili müəssisələri" bölməsinə aşağıdakı məzmunda 46-1-ci hissə əlavə edilsin:
"46-1. Qusar Peşə Liseyi";
4.2.
"Ümumi təhsil müəssisələri (ibtidai, orta və
tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil
internat məktəbləri, xüsusi məktəblər və
xüsusi internat məktəbləri, sağlamlıq
imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər
və internat məktəbləri, xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün müəssisələr,
istedadlı şagirdlər üçün məktəblər,
gimnaziyalar, liseylər və digər müəssisələr)"
bölməsinin 31-ci hissəsi ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 9 dekabr.- S.2.