Bütün dünyada populyar olan YouTube
veb-saytında
Leyla Əliyevanın rəsmi səhifəsi
yaradılmışdır
Bütün dünyada populyar olan YouTube veb-saytında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, "Baku" beynəlxalq jurnalının baş redaktoru, İDEA ekoloji kampaniyasının təsisçisi Leyla Əliyevanın rəsmi səhifəsi (http://www.youtube.com/user/LeylaAliyevachannel) yaradılmışdır.
Orijinal kontentdə L.Əliyevanın 2007-ci ildən başçılıq etdiyi ictimai təşkilatlar və hərəkatlar çərçivəsində onun çoxşaxəli fəaliyyətini işıqlandıran 100-dən çox videoçarx, həmçinin iştirak etdiyi müxtəlif konfranslardan, xeyriyyə tədbirlərindən və görüşlərdən videosüjetlər yerləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, Leyla Əliyevanın səhifəsində onun öz şeirləri ilə müşayiət olunan animasiyalı videoçarxlar da yerləşdirilmişdir.
Səhifə L.Əliyevanın Azərbaycan, ingilis və rus dillərində ən təzə videçarxları ilə yenilənəcəkdir.
Xatırladaq ki, 2005-ci ilin fevral ayında yaradılmış YouTube veb-saytı milyonlarla istifadəçinin əvvəllər hazırlanmış videoçarxları tapmasına, onlara baxmağa və bölüşməyə imkan verir. Orijinal kontent yaradanlar və reklam verən şirkətlər üçün yayım platforması kimi xidmət edən YouTube veb-saytı bütün dünyada şəbəkə istifadəçilərinin ünsiyyət saxlamaq, məlumatlanmaq və ilham mənbəyi rolu oynayan bir forumdur.
Asya HacızadƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2012.- 9 dekabr.- S.3.