Dublində Azərbaycan tərəfinin sədrliyi
ilə GUAM
Xarici İşlər Nazirləri
Şurasının XX iclası olmuşdur
Ukraynanın paytaxtında GUAM-ın Katibliyindən AzərTAc-a bildirmişlər ki, dekabrın 7-də Dublində (İrlandiya) ATƏT-in xarici işlər nazirlərinin XIX görüşü çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) XX iclası olmuşdur. İclasda Azərbaycan Respublikası XİN-in başçısı Elmar Məmmədyarov (iclasın sədri), Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze, Ukrayna xarici siyasət idarəsinin başçısı Konstantin Qrişşenko, Moldova Respublikasının xarici işlər və Avropa inteqrasiyası naziri Yuriye Lyanke, GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak etmişlər.
İclasda birgə siyasi fəaliyyət, profil tərəfdaşlığı, tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdir.
Tərəflər GUAM-ın əsas tərəfdaşlarının nümayəndə heyətləri ilə məsləhətləşmələr aparılması üçün BMT-nin "Protracted conflicts in the GUAM area and their implications for international peace, security and development" qətnaməsinin layihəsini razılaşdırmışlar.
Həmçinin BMT BM-nin cari sessiyasında
BMT-nin "Cooperation between the United Nations
and the Organization for Democracy and Economic Development - GUAM" qətnaməsi layihəsinin
təsdiqi mövzusu da müzakirə olunmuşdur.
İclasın bütün iştirakçıları
GUAM-ın Parlament Assambleyası sədrinin növbəti iclası cari il dekabrın 19-20-də Bakıda
keçirmək qərarını
alqışlamışlar.
Tərəflər xüsusən nəqliyyat,
turizm, iqtisadiyyat və ticarət, mədəniyyət, elm və
təhsil, habelə energetika sahəsində profil əməkdaşlığının
inkişafı məsələlərini
müzakirə etmişlər.
XİNŞ Mədəniyyət, Elm Təhsil üzrə İşçi Qrupun və Turizm üzrə İşçi
Qrupun yenidən formalaşdırılması haqqında
qərar, habelə
2013-2014-cü illəri əhatə
edən dövr üçün GUAM-ın
sahə işçi qruplarının koordinator
ölkələrinin təsdiq
edilməsi haqqında
qərar qəbul etmişdir.
İclasda həmçinin GUAM-ın
tərəfdaş ölkələr
və digər beynəlxalq təşkilatlarla
əməkdaşlığı məsələləri müzakirə
olunmuşdur.
XİNŞ "yaşıl energetika", nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı
sahəsində layihələrin
həyata keçirilməsi
üçün Yaponiya
tərəfinə minnətdarlığını
ifadə etmiş və ümidvar olduğunu bildirmişdir ki, fəal əməkdaşlıq
davam etdiriləcəkdir.
Tərəflər GUAM-ın təşkilati fəaliyyəti məsələlərini
də müzakirə etmişlər.
GUAM
XİNŞ-nin növbəti iclasının nə vaxt və
harada keçirilməsi diplomatik kanallarla razılaşdırılacaqdır.
Azərbaycan.-2012.- 9 dekabr.- S.4.