Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının
Mərkəzi və Qərbi Asiya Departamentinin direktorunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauseri qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın
uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Asiya
İnkişaf Bankı ilə birgə həyata keçirdiyi
su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti
qeyd olundu, bu əməkdaşlığın digər sahələrdə
də genişlənəcəyinə əminlik ifadə
edildi.
AzərTAc
Azərbaycan.-2012.- 11 dekabr.- S.1.