Ən böyük azərbaycanlı

 

Azərbaycanın özü qədər əbədi

 

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyev doqquz il əvvəl əbədiyyətə qovuşmuşdur. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ulu öndərimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Bütün il boyu insanlar bura gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi şöhrət tapmış böyük Azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyinə xidmət deməkdir.

Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Düşünürəm ki, insan daxilindən gələn səmimi bir istəklə ulu öndərlə bağlı fikirlərini nə qədər bölüşsə də, Heydər Əliyev şəxsiyyətinin ucalığını tam əhatə edə bilməz. Yüksək ehtiramla qələmə alınan ən xoş xatirələr, siyasi, elmi, politoloji fikir və mülahizələr belə ulu öndər Heydər Əliyevin vətəndaş, şəxsiyyət və lider kimi böyüklüyünün miqyası barədə dolğun təsəvür yaratmaqda acizdir. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyırsa, minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu, xalqımız üçün böyük şərəfdir.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucuxilaskar dövlət xadimi, milli liderxalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Azərbaycanın tarixi taleyində, mənəvi, siyasiictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuzarxa bildiyimiz böyük Azərbaycanlı idi.

Məsələyə daha geniş kontekstdə yanaşsaq, bəlli olar ki, ümummilli lider Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. Müasir Azərbaycanın ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb ictimai-siyasi proseslər fonunda yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağırışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır. Ümummilli liderin əzmkar fəaliyyəti sayəsində suveren Azərbaycanın hərtərəfli tərəqqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, iqtisadi, istər mədəni, istərsə də digər vacib sahələrdə inkişaf prosesinin yeni intibah mərhələsinə daxil olmuşdur. Azərbaycan xalqının yenidən öz hüquqlarını suveren şəkildə uğurla reallaşdırması məhz ümummilli liderin möhtəşəm fəaliyyəti sayəsində mümkün olmuş, ölkədə milli dövlətçilik konsepsiyasının əsası yaradılmışdır. 1990-cı illərin əvvəllərindən getdikcə gərginləşən iqtisadisiyasi böhranların qarşısı alınmış, yenicə müstəqillik əldə etmiş respublikamız iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna qədəm qoymuşdur.

 

Böyük həyat təcrübəsinə malik olan ümummilli lider, eyni zamanda, Azərbaycanı həqiqi dövlət müstəqilliyinə qovuşdurmaqla onun sürətli tərəqqisini təmin etmişdir. Heydər Əliyevin məqsədyönlü, konkret hədəflərə hesablanmış siyasəti nəticəsində iqtisadiyyatda mühüm islahatlar aparılmasında atılan ardıcıl, sistemli addımlar və çoxşaxəli fəaliyyət proqramları yeni şəraitdə sözügedən sferada inkişafı sürətləndirməyə imkan vermişdir. Dayanıqlı və davamlı xarakterə malik iqtisadi yüksəliş ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsalelmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması ilə müşahidə edilməyə başlamış, bu da öz növbəsində, siyasi, sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirmiş, dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın yeni nailiyyətlərə imza atmasını şərtləndirmişdir.

 "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratikhüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasiiqtisadi müstəqilliyə nail olmuşdur.

Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda mübarizə aparmışdı.

"Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır" - bu ideya və prinsiplər daim Heydər Əliyevin həyat devizi, həyat amalı olub. Ümummilli liderimiz bu istiqamətdə zəngin milli-mənəvi xəzinə yaradıb, ümumbəşəri dəyərlər formalaşdırıb. Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız məhz bu böyük şəxsiyyətin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub desəm, yəqin ki, heç bir mübaliğəyə yol vermiş olmarıq.

 Heydər Əliyev tarixə ictimai-siyasi, sosial, mədəni, iqtisadi proseslərin axarını dəyişməyi, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran realist, praqmatik lider kimi düşüb. Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının uca zirvəsində duran nəhəng şəxsiyyət idi. Heydər Əliyev təkcə öz ömrünün müdriklik zirvəsinə yox, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsinə ucalmışdı. Bu zirvədən yalnız bu nəhəng insanın yaşadığı illər deyil, xalqın dünəni, bugünü və sabahı görünür.

Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsddən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyası, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.

Azərbaycan tarixinin ən parlaq siması, ən böyük şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Dünya tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, gələcəyini öyrənir.

XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Heydər Əliyev xalqımızın taleyində misilsiz rol oynamış, mütərəqqi tarixi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ulu öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyənləşdirə bilmişdir. Hakimiyyətdə olduğu bütün dövrlərdə dahi öndər xalqının milli mənafeləri uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir.

Dahi şəxsiyyət Heydər Əliyev zəngin təcrübəsi, yüksək intellekti,  mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində Azərbaycanın inkişaf strategiyasını hazırlamış və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata keçirmişdi.

"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının, mənsub olduğu millətin parlaq və işıqlı gələcəyi naminə hətta zamanla belə cəngə çıxmış və arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Tarix isə bu böyük şəxsiyyəti zamanın fövqünə qaldıraraq ona ölməzlik haqqı vermişdir. Bugünkü nəsil belə bir şəxsiyyətlə eyni dövrdə yaşadığına, fəaliyyət göstərdiyinə görə taleyinə və bəxtinə minnətdardır.

Bu dahi insan tarixi yazanyaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətdir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, mahir diplomat kimi həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inametibar, təmkin və səmimiyyət Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində sözünü qətiyyətlə deyə bilən mahir siyasətçi idi. Heydər Əliyev siyasəti düzgün istiqamətə yönəltməyi bacarırdı. Onun atdığı addımlar, irəli sürdüyü təkliflər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyüobyektivliyi ilə hər zaman ətrafındakıları heyrətləndirmiş, ona siyasət aləminin patriarxı adını qazandırmışdır. Dünyanın ən görkəmli siyasət və dövlət xadimləri bir qayda olaraq Heydər Əliyevlə məsləhətləşdiklərini, dönə-dönə etiraf etmişlər. Təsadüfi deyildir ki, siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırırdılar.

Bu dahi insanın siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev kimi çözməsin. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələyə dərindən bələdliyi, onun həlli yollarının tapılması məsələləri ilə həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi. Ulu öndər istər sənaye, kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün iştirakçıları həmin sahələrin əvəzedilməz bilicisi kimi idarə edirdi. Təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, problemlərini həll etməyə istiqamətləndirən onun kimi ikinci adam tapmaq mümkün deyildir.

Heydər Əliyev fenomeni onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında həmişə birincilər sırasında çəkilib. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların ən parlaq təsdiqi idi.

Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünyanın ən görkəmli siyasi xadimlərinin, dövlət rəhbərlərinin, tanınmış elm və mədəniyyət nümayəndələrinin Heydər Əliyev şəxsiyyəti haqqında söylədikləri ifadələr tariximizin qızıl yaddaşına köçürülmüşdür.

Ümummilli lider Heydər Əliyevi dünyasını dəyişmiş insanlar cərgəsinə aid etmək olmaz. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.

Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolununüfuzunu artırır.

Tam qətiyyətlə deyə bilərəm ki, ulu öndər Heydər Əliyevin "şah əsəri" olan müasir Azərbaycan onun layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaqdır.

 

 

Asif ƏSGƏROV,

Yeni Azərbaycan Partiyasının

Siyasi Şurasının üzvü

Azərbaycan.-2012.- 11 dekabr.- S.2.