İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti
zati-aliləri
cənab Ueli Morerə
Hörmətli cənab Morer!
İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycan-İsveçrə münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq daha da genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 12 dekabr.- S.1.