Azərbaycanın müasir inkişafı Heydər Əliyevin

 əbədiyaşar ideyalarına söykənir

 

Xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətdən sayılır. Hamılıqla qəbul olunan milli ideyaeyni ilə də hamı tərəfindən etiraf olunan milli lider tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda çıxış edibbu gün də çıxış etməkdədir. Bunlardan kənarda əhəmiyyətli inkişaf nümunəsinə rast gəlmək mümkün deyil. Azərbaycan xalqı fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixitaleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır.

 

 

 

Azərbaycan yeni dövrün başlanğıcında: Heydər Əliyev ideyalarının yaratdığı həqiqətlər

 

 Bəşəriyyətin tarixində çox az təsadüf olunun minilliklərin bir-birini əvəz etməsi ayrı-ayrı xalqların həyatında fərqli izlər qoymuş oldu. Azərbaycan yeni əsrə və minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün böyük iqtisadi sıçrayış həqiqətlərini və təcrübəsini gətirib. Düşünürəm ki, Azərbaycanın iqtisadiyyatının XXI əsrin əvvəllərinin ən uğurlu modeli adlandırılmağa tam haqqı çatır. Ölkəmizin ən sürətli inkişaf edən iqtisadiyyata sahib olan dövlətlər arasında yer tutması azərbaycanlıların milli iftixar mənbəyinə çevrilib. Azərbaycanlıların sürətli iqtisadi sıçrayış fenomeninə söykənən milli iftixar hissinin məhz Heydər Əliyev ideyalarına söykəndiyi təkzibolunmaz həqiqət kimi həyatımıza daxil olub.

Heydər Əliyev ideyaları əsasında Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafı ilə diqqəti cəlb etməklə kifayətlənmədi, o həm də yeni keyfiyyət parametrləri kəsb etməsi ilə özünü təsdiqlədi. Təsadüfi deyildir ki, dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanı ən dərin iqtisadi islahatlar aparılan ölkə kimi səciyyələndirmişdir. Nüfuzlu beynəlxalq iqtisadi institutların dəyərləndirmələrində Azərbaycan iqtisadiyyatının daha çox müasirləşməyə, yeniləşməyə, dünya iqtisadiyyatına inteqrasiya etməyə meyilli milli iqtisadiyyat adlandırılması ölkənin həyatında baş verən dəyişikliklərin miqyasını və Heydər Əliyev iqtisadi konsepsiyasının əbədiyaşarlılığını aydın təsəvvür etməyə imkan yaradır.

Azərbaycanın inkişaf templəri indi bütün aparıcı beynəlxalq iqtisadi qurumların tədqiqat maraqları çərçivəsinə daxil olub. Bu iqtisadi mərkəzlər ölkəmizin iqtisadi yüksəlişinin timsalında XXI əsrin iqtisadi fenomenini görür, Azərbaycan modelinin sirlərini öyrənməyə səylər göstərirlər. Çünki beynəlxalq təcrübədə cəmi bir neçə il ərzində Azərbaycanın iqtisadi inkişaf rəqəmlərində ifadə olunan iqtisadi tərəqqi nümunəsi tapmaq çətindir və ya bəlkə də mümkün deyil. Ölkə göstəricilərinin ən qısa sadalanması irəli sürülən tezisin real həyat həqiqəti olmasına heç bir şübhə yeri qoymur.

İqtisadi durumun ən ümumi göstəricisi sayılan milli məhsulun artım sürətinə görə Azərbaycan dünyada ən mötəbər yerlərdən birini tutur. Azərbaycan iqtisadiyyatı getdikcə daha artıq dərəcədə dünya iqtisadiyyatının bir hissəsi kimi özünü ifadə etməyə başlamışdır. Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyası ölkəmizi müasir dünyanın iqtisadi sistemində vacib amilə çevirməklə yanaşı beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində onun rolunun əhəmiyyətli dərəcədə artmasına zəmin hazırlamışdır. İndi ən azından Avropanın enerji təhlükəsizliyi Azərbaycan iqtisadiyyatından ayrı təsəvvür edilmir.

Məmnuniyyətlə qeyd etmək olar ki, Heydər Əliyevin uzaqgörənliyi sayəsində XX əsrin sona çatması, XXI əsrin başlanması ölkəmiz üçün təkcə tarixi xronologiyanın dəyişməsi effekti yaratmaqla məhdudlaşmır. Əslində yeni əsrin başlanğıcı Azərbaycan tarixinin yeni keyfiyyət mərhələsi qismində qavranılır və dəyərləndirilir. Məhz elə buna görə də öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı olaraq qəbul etdiyi həqiqətlərdəndir. Azərbaycan adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş onun sürətlə inkişaf etməsinədək özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və milli-mənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların başlanğıcı Heydər Əliyevin adı və ideyaları ilə birbaşa bağlıdır.

Azərbaycanın Heydər Əliyev ideyalarına söykənən yeni tarixi haqqında qənaətin formalaşması bir tərəfdən onun heyrətamiz iqtisadi göstəricilərə istinad edirsə, digər yandan müasir cəmiyyət parametrləri kəsb etməsinə əsaslanır. Əlbəttə, tam qətiyyətlə və cəsarətlə demək olar ki, yaşadığımız indiki dövr Azərbaycan tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, bəlkə də yeni tarix adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektualinsani potensialı, təbii resursları - bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, tam haqlı olaraq qədim və zəngin tariximizin müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi qiymətləndirilə bilər.

Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında müasir Azərbaycan cəmiyyətinin inteqrasiyası və transformasiyası vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi aydın şəkildə müşahidə olunmaqdadır. Bu özünü hər şeydən əvvəl Azərbaycanın böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməyə müyəssər olmasında göstərir. İndi ölkənin inkişafı özünü sadəcə prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında büruzə verməkdədir. Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqdır. Azərbaycanın yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması, qeyd edildiyi kimi, Heydər Əliyevin ideyaları və həmin ideyaların ardıcıllıqla həyata keçirilməsi ilə birbaşa əlaqədardır. Bu ideyaların Azərbaycan tarixində başlıca missiyası onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Əslində bu, Heydər Əliyev ideyalarının quruculuq missiyasının təntənəsi kimi müasir Azərbaycanın davamlı olaraq inkişafı deməkdir.

 

 Müasir iqtisadi sıçrayışı hazırlayan konsepsiya və bünövrə

 

 XX əsrin 90-cı illərində Heydər Əliyevin xilaskarlıq missiyasına sığınan Azərbaycan cəmiyyəti böyük liderin tarixi rolunu heç də təkcə ölkəni təhlükədən xilas etməkdə görmürdü. Xalq Azərbaycanın xilasını geniş planda, ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılması miqyasında nəzərdən keçirirdi. Başqa sözlə, Heydər Əliyevin xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatlar başa düşülürdü ki, bunların həyata keçirilməsi Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməzliyini tarixi həqiqətə çevrilmiş olsun. Buna görə Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi həm də müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi kimi qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması Azərbaycanın gələcək sürətli inkişafının əsasının yaradılması demək idi.

Azərbaycanın sıçrayışlı inkişafının təmin edilməsində Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyasının müstəsna rol oynadığını xüsusi qeyd etməyə ehtiyac var. Heç şübhəsiz ki, ölkəmizin regionda lider dövlətə çevrilməsi, dünyanın ən dinamik iqtisadiyyatına malik olan ölkə adını şərəflə daşıması, Azərbaycanın beynəlxalq aləmdə rolunun və əhəmiyyətinin hiss olunan dərəcədə artması və digər çoxsaylı uğurlarımız Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlıdır. Azərbaycanın müşahidə olunan uğurlarında neft strategiyasının müstəsna əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində lakonik şəkildə belə ifadə etmişdir: "Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə "Əsrin müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz "Əsrin müqaviləsi"ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı."

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın sıçrayışlı inkişafının konseptual əsaslarının Heydər Əliyevin ideya və baxışları sisteminə istinad etməsi bütövlükdə ümummilli liderin zəngin irsinin ölkəmizin müasir inkişafının məfkurə əsasları rolunu bu gün uğurla oynadığından xəbər verir.

Heydər Əliyev strategiyasının müasir inkişafın ideya əsası rolunda çıxış etməsi hər şeydən əvvəl onun universal mahiyyətindən irəli gəlir söyləsək, yəqin ki, səhvə yol vermərik. İkinci bir tərəfdən, bu strategiya ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykəndiyindən, böyük perspektiv üçün nəzərdə tutulub və təbii ki, hazırkı sürətli inkişafı da ehtiva edir.

Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası ideyanın  praktik fəaliyyətə transformasiya edərək insanların davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin tam dəstini özündə ifadə edir. Həmin dəyərlər sistemi ümummilli ideyanın  təmin edilməsi ilə yanaşı hər bir fərdin şəxsi idealının həyata keçirilməsini nəzərdə tutan prinsip və vəzifələri üzvi şəkildə əks etdirir. Məhz bu amil onun ictimai cazibədarlığını və səmərəli fəaliyyət koofisentini şərtləndirən səbəblərdən biri keyfiyyətində çıxış edir. İnkaredilməz həqiqətdir ki, ictimai ideya fərdi qavranma və qəbuledilmə mexanizmi vasitəsi ilə ictimaiya ümummilli davranış faktoruna çevrilir. Bu baxımdan, artıq söylənilən tezisi başqa şəkildə ifadə edərək təsdiqləmək mümkündür ki, Azərbaycanın müasir inkişaf strategiyasının əsasını təşkil  edən Heydər Əliyevin siyasətinin gücü milli ideyanın kifayət qədər fərdi maraq ünsürləri ilə yüklənməsindədir. Məhz bunun sayəsində hər bir fərd sözügedən ideya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəldilmiş istək və arzularının ifadəsini tapır.

Heydər Əliyevin zəngin irsinə söykənən inkişaf strategiyasının təhlili onun üç fundamental başlanğıca istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyatazad insandır. Azərbaycanın müşahidə olunan təcrübəsi hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu təsdiqləyir.

Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması sosial-siyasi və milli-əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir ki, bu da özü - özlüyündə güclü dövlət anlamını verir. Heydər Əliyevin qurduğu müasir, demokratik, hüquqi, dünyəvi, sosial Azərbaycan dövləti məhz bu parametrlərə malik olub ölkənin gələcək və sürətli inkişafının mühüm başlanğıcını təşkil edir.

Azərbaycanın müasir inkişafının məfkurə əsasında dayanan ideya həm də səmərəli iqtisadiyyatın yaradılmasından ibarətdir. Bu ideyanın əsasında ölkədə bazar münasibətlərinə söykənən iqtisadi sistemin qurulması, vətəndaşların iqtisadi azadlığına və təşəbbüskarlığına tam meydan verilməsi, Azərbaycanın zəngin təbii sərvətlərindən iqtisadiyyatın dirçəldilməsi məqsədlərinə istifadə edilməsi, sərbəst investisiyaların cəlb edilməsi faktoruna diqqət yetirilməsi, dünya iqtisadi  strukturlarına və proseslərinə sürətlə inteqrasiya edilməsi kimi mütərəqqi və müasir tezislər durur.

Heydər Əliyevin "güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir" ifadəsi səmərəli iqtisadiyyat probleminə ulu öndərin baxışlarının məntiqini bütün çılpaqlığı ilə göstərir. Bütün dövrlər və ölkələr üçün eyni dərəcədə əhəmiyyətli olan bu sözlərin Azərbaycana şamil edildikdə xüsusi məna daşıdığını sübut etməyə ehtiyac duyulmur. Heydər Əliyevin həmin fikrində əslində səmərəli və güclü iqtisadiyyatın ona bilavasitə məxsus olan funksiyanın yerinə yetirilməsi ilə yanaşı ölkənin təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəsna rolu da lakonik şəkildə ifadə edilir. Azərbaycanın sıçrayışlı inkişaf strategiyasının məfkurə əsası kimi qavradığımız ideya və baxışlar sistemində səmərəli və güclü iqtisadiyyat həm ölkəmizin müdafiə potensialının artırılması, həm də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə  nizama salınmasına təkan verən faktor qismində nəzərdən keçirilir.

İqtisadi üstünlük amilinin mövcud münaqişəni nizama salmaq potensialı təkcə nəzəri mülahizələrə və məntiqə deyil, həm də tarixi təcrübəyə əsaslanır. Çox da uzaq olmayan keçmişdə münaqişələrin nizama salınması və onların ədalətsiz nəticələrinin aradan qaldırılmasında iqtisadi üstünlük amilinin həlledici rol oynadığına dair konkret nümunələr artıq müasir tarixin bizə təqdim etdiyi reallıqlar kateqoriyasına aid olan fakta çevrilib.

Azərbaycanın müasir inkişaf strategiyasının ideya əsasını təşkil edən digər fundamental tezis insan azadlığı sferasına aid olması ilə diqqəti çəkir. Qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin davamlı inkişaf konsepsiyasında şəxsiyyətin azadlığı ictimai tərəqqinin hərəkətverici amili kimi nəzərdən keçirilir. Azad insan sərbəst iqtisadi münasibətlər sistemində başlıca ünsür kimi onun həyat qabiliyyətini və səmərəli fəaliyyətini təmin edir. Fərdin azadlığının şərtləndirdiyi təşəbbüskarlıq ictimai fəallığa transformasiya edərək cəmiyyətdə inkişafa güclü təkan verən ümumi işgüzarlıq mühiti və əhval - ruhiyyəsi formalaşdırır.

Azərbaycanın müasir inkişafının ən etibarlı təminatları sistemində Heydər Əliyevin zəngin irsi mühüm rol oynayır. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin titanik fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin sıçrayışları da ümummilli liderin zəngin irsinə və Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətə minnətdar olmalıdır.

 

 

 

Böyük yolun uğurlu davamı

 

 

Heydər Əliyev ideyaları Azərbaycanın müasir inkişafının davamlılığının kökündə dayanan fundamental dayaqlardandır. Əvvəla, bu ideyalar Azərbaycanın tarixi nailiyyətlərinə, ənənələrinə, zəngin maddi və mənəvi potensialına istinad edir. İkincisi, Heydər Əliyev ideyaları tam bir epoxa boyu Azərbaycana xidmət etmiş, onun sürətli inkişafının alternativsiz təminatçısı kimi çıxış etmişdir. Üçüncüsü, müdriklikdən və Vətən sevgisindən qaynaqlanan Heydər Əliyev ideyaları zamanın sınaqlarından keçərək bitkin bir sistem kimi formalaşdığından, böyük perspektivdə yaşam qabiliyyətini təsdiqləyən bütün zəruri parametrlərə tam malik olduğunu sübuta yetirmişdir.

Bu gün Azərbaycanda Heydər Əliyev ideyalarının yaşaması və ölkəmizin uğurlarının əsasını təşkil etməsi həyatımızın həlledici reallığıdır. Sevindirici haldır ki, Heydər Əliyevin zəngin tarixi irsinə əsaslanan siyasət onun varisi dövlətimizin başçısı  cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir.

Təsadüfi deyildir ki, Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı ümummilli liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi kimi qavranıldığı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ulu öndərin ideyalarının varisliyi kimi dərk edilməkdədir. Bu mənada İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi varisi kimi müasir sıçrayışlı inkişafın həlledici amili keyfiyyətində qəbul olunmaqdadır.

Son illər ərzində ölkədə sürətli iqtisadi inkişafın təmin edilməsi, islahatların yeni mərhələsini əks etdirən proqramların həyata keçirilməsi, inkişafın müasir konsepsiyasının irəli sürülməsi, qarşıya qoyulan irimiqyaslı vəzifələrin yerinə yetirilməsi üçün  yeni-yeni resursların üzə çıxarılması və səfərbər edilməsi, dövrün çağırışlarına vaxtında və adekvat reaksiya verilməsi və s. kimi idarəçilik metodlarının və yanaşma tərzinin uğurla dövlətçilik təcrübəsinə gətirilməsi Azərbaycanın müasir sıçrayışlı tərəqqisinin əsasını təşkil edər.

Heydər Əliyev siyasətinin yeni tarixi şəraitdə davam etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində özünü təsdiq edir. Bu fəaliyyətdə Heydər Əliyev irsinin yeni şəraitdə gerçəyə çevrilməsi zərurətindən irəli gələn bəzi xüsusiyyətlər aydın müşahidə olunmaqdadır. Həmin xüsusiyyətlər içərisində yüksək praqmatizmə söykənən davranış tərzi ən önəmli yerlərdən birinə sahibdir. Cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən istənilən proqramya islahat ilk növbədə öz praqmatizmi ilə seçilir. Son illərin nəhəng iqtisadisosial uğurlarının ən ciddi səbəblərindən birinin məhz bunda olması heç kimdə şübhə doğurmur.

Heydər Əliyev idarəçiliyinə həmişə xas olan siyasətin saflığı və səmimiliyi İlham Əliyev fəaliyyətində fundamental mahiyyət kəsb edir. Dövlət başçısının xalq arasında böyük nüfuz və hörmət qazanmasında onun həm özünə, həm də siyasətinə xas olan açıq səmimiyyətinin müstəsna rol oynadığı inkaredilməz faktdır. Mayası Heydər Əliyevin idarəçilik ənənələrindən qaynaqlanan sözügedən keyfiyyət İlham Əliyevin nümunəsində özünü qabarıq şəkildə ifadə edərək "səmimi siyasət" və "səmimi siyasətçi" anlayışlarını əhəmiyyətli dərəcədə yeni məzmunla zənginləşdirə bilmişdir.

İlham Əliyevin idarəçilik sistemində yüksək qayğıkeşlik, humanizm və xeyirxahlıq kimi əxlaqi-mənəvi keyfiyyətləri diqqəti xüsusilə cəlb edir. Hər bir insana qarşı həssaslıq, insanların problemlərini incəliklə duya bilmək qabiliyyəti, xalqın güzəranının yaxşılaşdırılmasını ali məqsəd kimi dəyərləndirmək Prezidentin humanizminin başlıca tərkib hissələri sayıla bilər. Buraya bağışlamağı bacarmaq kimi zəngin, zəngin olduğu qədər də insanın daxili aləminin mənəvi - əxlaqi durumunu əks etdirən keyfiyyəti əlavə etsək, İlham Əliyev humanizmi haqqında təsəvvürləri daha dolğun şəkildə ifadə etmiş olarıq.

İlham Əliyevin prezidentlik fəaliyyətində özünü aydın büruzə verən və bu səbəbdən də onun liderliyinin səciyyəvi cəhəti kimi qəbul olunan keyfiyyətlər içərisində müasirlik ruhu xüsusilə seçilir. Onun düşüncə tərzinə daxilən xas olan bu cəhət getdikcə daha qabarıq şəkildə bütünlüklə cəmiyyətin həyat tərzinə çevrilməkdədir. İlham Əliyevin prezidentlik fəlsəfəsində müasirlik Azərbaycanın sürətli inkişafının, dünya birliyində layiqli yer tutmasının, xalqın rifahının müasir standartlar səviyyəsinə  yüksəldilməsinin fundamental əsaslarından  biri, bəlkə də birincisi sayılır. Etiraf etmək lazımdır ki, təkcə müasir texnologiyaların deyil, həm də həyat standartlarının tətbiq edilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması modern cəmiyyət quruculuğu prosesindən kənarda mümkün deyildirbu mənada Prezidentin siyasətində müasirlik ruhu bütünlükdə təqdirəlayiqdir.

Nəhayət, əzəmətli, miqyaslı düşüncə və fəaliyyəti Heydər Əliyev siyasətinin müasir şəraitdə həyata keçirilməsinin aparıcı keyfiyyəti sayıla bilər. Son illərin məlum nailiyyətləri məhz bu əzəmətin təcəssümüdür. 2003-cü ilin prezident seçkiləri zamanından başlayaraq İlham Əliyev tərəfindən irəli sürülən bütün əzəmətli vəzifələrin hamısı uğurla yerinə yetirilib. Əzəmətli layihələr mərhələsi artıq 10 ildir davam etməkdədir.

Qarşımızda böyük hədəflər durur. Bu, ümummilli liderimiz Heydər Əliyevin qoyduğu böyük yolun davamıdır. Heydər Əliyevin ideyaları həmişə olduğu kimi yolumuza işıq saçır, bizi yeni-yeni qələbələrə səsləyir.

 

 

Əli ƏHMƏDOV,

Milli Məclisin deputatı, Yeni Azərbaycan

Partiyası sədrinin müavini - icra katibi

Azərbaycan.-2012.- 12 dekabr.- S.3.