Tehranda «Azərbaycanda elm və təhsilin inkişafında

 ulu öndər Heydər Əliyevin rolu» mövzusunda elmi seminar keçirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində "Azərbaycanda elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin rolu" mövzusunda elmi seminar keçirilmişdir.

Əvvəlcə ulu öndərin büstü önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuş, onun həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

İran Xarici İşlər Nazirliyi rəsmilərinin, deputatların, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri seminarı açan Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən, onun elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Səfir  qeyd etmişdir ki, ümummilli liderin vaxtilə Azərbaycandan kənara təhsil almağa göndərdiyi tələbələr müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında fəal iştirak etmişlər.

Seminarda məruzə ilə çıxış edən Tehran Universitetinin professoru Bəhram Əmirəhmədian ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda elm və təhsilin inkişafı barədə ətraflı məlumat vermişdir. Sonda iştirakçılara Azərbaycan həqiqətləri ilə bağlı kitabjurnallar, digər əyani vəsaitlər paylanmışdır.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Azərbaycan.-2012.- 12 dekabr.- S.10.