Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti

Administrasiyasının rəhbərini, İsveç Krallığının

 və Bolqarıstanın xarici işlər nazirlərini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Polşa Respublikası Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskini, İsveç Krallığının xarici işlər naziri Karl Bildti və Bolqarıstan Respublikasının xarici işlər naziri Nikolay Mladenovu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən nümayəndə heyəti üzvlərinin təmsil etdikləri ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi. Nümayəndə heyətinin üzvləri Avropa İttifaqının və təmsil etdikləri ölkələrin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdilər.

Görüşdə həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təkcə enerji sektorunda deyil, iqtisadiyyatın digər istiqamətlərində, o cümlədən sərmayə qoyuluşu sahəsində də inkişaf etdirilməsinin önəmi qeyd olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 13 dekabr.- S.1.