"Nəqliyyat vasitələri
sürücülərinin hazırlanması və onların
ixtisasının artırılması kursları haqqında
Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək
hüququ verən sürücülük vəsiqəsi almaq
istəyən şəxslərdən imtahanların qəbul
edilməsi və onlara sürücülük vəsiqəsinin
verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 288 Bakı şəhəri,
11 dekabr 2012-ci il
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 197; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 822, ¹11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 9, maddə 853, ¹ 10, maddə 928; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 6, maddə 566; 2012, ¹ 1, maddə 36, ¹ 5, maddə 488) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə"nin 2.3-cü bəndinin "a" yarımbəndinin altıncı abzası aşağıdakı redaksiyada verilsin:
"şəxsiyyət vəsiqəsinin surəti;";
1.2.
həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitəsini
idarə etmək hüququ verən sürücülük vəsiqəsi
almaq istəyən şəxslərdən imtahanların qəbul
edilməsi və onlara sürücülük vəsiqəsinin
verilməsi qaydaları haqqında Əsasnamə"nin 2.7-ci
bəndində "daimi və ya müvəqqəti pasport
qeydiyyatı olan" sözləri "yaşayış yeri
və ya olduğu yer üzrə qeydiyyatda olan" sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 13 dekabr.- S.1.