Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 289                        Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

 

 

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin  2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 563; 2005, ¹ 11, maddə 1061, ¹ 12, maddə 1228; 2008, ¹ 8, maddə 787; 2012, ¹ 7, maddə 775) ilə  təsdiq edilmiş "Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7-ci hissənin ikinci abzasında "pasport" sözü "şəxsiyyət vəsiqəsi" sözləri ilə əvəz edilsin;

1.2. 9-cu hissənin birinci abzasında "pasportuna və yaxud pasportu əvəz edən digər" sözləri "şəxsiyyətini təsdiq edən" sözləri ilə əvəz edilsin.

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 13 dekabr.- S.2.