"Əlillərin,
sağlamlıq imkanları məhdud uşaqların, İkinci
Dünya müharibəsi iştirakçılarının,
şəhid ailələrinin, Çernobıl AES-də qəzanın
nəticələrinin köçürmə zonasında ləğv
edilməsinin iştirakçılarının, eləcə də
köçürülmə günü ana bətnində olan
uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və
köçürmə zonalarından
köçürülmüş uşaqların və ya 18
yaşınadək yeniyetmələrin, habelə 1986-cı il
aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də
qəzanın nəticələrinin ləğv edilməsinin
iştirakçısı olmuş, yaxud Çernobıl qəzası
nəticəsində zərər çəkmiş və
birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı
olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların, fövqəladə hallarda insanların xilas
edilməsində və tibbi yardım göstərilməsində
iştirak edərkən ziyan çəkmiş vətəndaşların
sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi
Qaydalarının və hərbi qulluqçuların və
onların ailə üzvlərinin (müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ailələrindən
başqa) sanatoriyalarda və istirahət evlərində
sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist
bazalarında istirahət üçün putyovkalarla
(yollayışlarla) təmin olunması Qaydasının təsdiq
edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 293 Bakı şəhəri,
11 dekabr 2012-ci il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 539; 2003, ¹ 6, maddə 342;
2006, ¹ 10, maddə 903; 2007, ¹ 2, maddə 199; 2008, ¹ 2, maddə
130; 2010, ¹ 10, maddə 903) ilə
təsdiq edilmiş "Hərbi qulluqçuların və
onların ailə üzvlərinin (müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ailələrindən
başqa) sanatoriyalarda və istirahət evlərində
sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist
bazalarında istirahət üçün putyovkalarla
(yollayışlarla) təmin olunması Qaydası"nın
2-ci hissəsində
"Dövlət Sərhəd Xidməti" sözlərindən
sonra ", Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti"
sözləri əlavə edilsin və "qanunvericiliklə nəzərdə
tutulmuş digər qurumlara" sözləri "Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələrə"
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 13 dekabr.- S.3.