"Azərbaycan
Respublikasında səfərbərlik hazırlığı və
səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar
bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27
yanvar tarixli 25 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 294 Bakı şəhəri,
11 dekabr 2012-ci il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 54; 2009, ¹ 10, maddə 846) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "Səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi Qaydaları"nda mətn üzrə "yerli özünüidarəetmə" sözləri "yerli özünüidarə" sözləri ilə, ismin müvafiq hallarında "qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "Səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin maliyyələşdirmə Qaydası və Mənbəyi"nin 2-ci hissəsində "yerli özünüidarəetmə" sözləri "yerli özünüidarə" sözləri ilə əvəz edilsin;
1.3. həmin qərarla təsdiq edilmiş "Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası"nın 2-ci və 3-cü hissələrində ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (rayon Hərbi Komissarlığı)" sözləri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;
1.4. həmin qərarla təsdiq edilmiş "Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi Qaydası"nda:
1.4.1. mətn üzrə "yerli özünüidarəetmə" sözləri "yerli özünüidarə" sözləri ilə əvəz edilsin və ismin müvafiq hallarında "qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr" sözləri "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə əvəz edilsin;
1.4.2. 2.2.3-cü yarımbənddə "rayon, şəhər hərbi komissarlıqlarının" sözləri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin" sözləri ilə əvəz edilsin;
1.5. həmin qərarla təsdiq edilmiş "Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası"nın 3-cü hissəsində "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (rayon Hərbi Komissarlığının)" sözləri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin" sözləri ilə əvəz edilsin;
1.6.
həmin qərarla təsdiq edilmiş "Ölkənin
müdafiəsinin və dövlətin təhlükəsizliyinin
təmin edilməsi məqsədi ilə təşkilatların
və vətəndaşların mülkiyyətində olan nəqliyyat
vasitələrinin və digər əmlakın verilməsi ilə
bağlı vurulmuş zərərin əvəzinin dövlət
tərəfindən ödənilməsi Qaydası"nın
3-cü hissəsində "Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin (rayon Hərbi
Komissarlığının)" sözləri "Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə, şöbə və bölmələrinin"
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.-
13 dekabr.- S.3.