Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna

 Prezidenti Viktor Yanukoviçin görüşü

 

Ukrayna Prezidenti Viktor Yanukoviçin

 Azərbaycana işgüzar səfəri

 

 

 Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur.

Azərbaycan Prezidenti

İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçi qarşıladı.

Dövlət başçısı İlham ƏLİYEV dedi:

- Hörmətli Viktor Fyodoroviç, Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Səfəriniz qısamüddətli olmasına  baxmayaraq, ümidvaram ki, bir çox məsələləri ətraflı müzakirə edə biləcəyik.

Biz dəfələrlə ikitərəfli münasibətlərimizi müzakirə etmişik. Həm də çox şadam ki, irəliyə doğru tərəqqi görünür. Həm siyasi, həm  iqtisadi, həm də digər sahələrdə irəliləyiş göz qabağındadır.

Biz istiqaməti uzunmüddətli və çoxşaxəli əməkdaşlığa yönəltmişik və əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri uğurla davam edəcəkdir. Bir daha xoş gəlmisiniz.

Ukrayna Prezidenti  Viktor YANUKOVİÇ  bu səfərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu vurğuladı. Ukrayna dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ehtiramını bildirərək dedi:

- Mən, həmçinin bu gün Ukraynanın yaxın dostu olan Heydər Əliyevin nurlu xatirəsini yad edənlərə qoşulmaq istəyirəm. Siz bu ənənəni ləyaqətlə davam etdirirsiniz.

Azərbaycanın əldə etdiyi uğurlardan da danışan Ukrayna Prezidenti dedi:

- Biz həmişə dostlarımızın uğurlarına sevinirik və mən bilirəm ki, Siz də Ukraynaya eyni səmimi münasibət  bəsləyirsiniz. Düşünürəm ki, bizim birlikdə ürəkdən, dostcasına müzakirəyə  çıxarılmalı ənənəvi məsələlərimiz vardır. Əlbəttə, mən çox şadam ki, Azərbaycan Birinci Avropa Olimpiya Oyunlarını keçirən ölkə olacaqdır.

 

 AzərTAc

Azərbaycan.-2012.- 13 dekabr.- S.2.