Avropa İttifaqı Azərbaycan ilə əlaqələrin

 inkişafına böyük əhəmiyyət verir

 

Dekabrın 12-də Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşa Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovski, İsveçin və Bolqarıstanın xarici işlər nazirləri Karl BildtNikolay Mladenov ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında müzakirə olunmuş məsələlər haqqında ətraflı məlumat verilmişdir.

E.Məmmədyarov qeyd etmişdir ki, görüşdə əsasən Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında əlaqələr müzakirə olunmuşdur. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı danışıqların hazırkı vəziyyəti və problemin nizamlanmasında ölkəmizin mövqeyi barədə məlumat verilmişdir.

Nazir vurğulamışdır ki, Azərbaycan Avropa İttifaqı ilə geniş əməkdaşlıq edir. Görüşdə bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunmuşdur.

K.Bildt Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının Vilnüsdə keçiriləcək sammiti ərəfəsində region ölkələri ilə bir sıra məsələlərdə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrin aparılmasının vacibliyini vurğulamışdır. O, Avropa İttifaqı ölkələrinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu demişdir.

N.Mladenov bildirmişdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr təkcə enerji sahəsində əməkdaşlıq üzərində qurulmamalıdır. Bu əməkdaşlıq digər sahələrdə də inkişaf etdirilməlidir.

Y.Mixalovski isə demişdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Avropa İttifaqı bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

Sonra jurnalistlərin sualları cavablandırılmışdır.

 

Azərbaycan.-2012.- 13 dekabr.- S.5.