Azərbaycan tarı böyük inkişaf yolu keçmişdir

 

Azərbaycan tarı böyük bir inkişaf yolu keçmişdir. Tar ifaçılıq sənətimizin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi dövlətimizin mədəniyyətin inkişafına göstərdiyi böyük diqqət və qayğısının bariz nümunəsidir.

AzərTAc xəbər verir ki, bu sözləri xalq artisti, görkəmli tarzən Ramiz Quliyev Azərbaycan tar ifaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş mərasimdə jurnalistlərə müsahibəsində demişdir.

R.Quliyev mədəniyyətimizin inkişafına Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən çox böyük dəstək verildiyini vurğulamışdır. Bildirmişdir ki, xalqımızı sevindirən bu hadisə Azərbaycan tarını dünya səhnəsinə inteqrasiya edir.

 

Azərbaycan.-2012.- 13 dekabr.- S.7.