Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Adın, ata adının və
soyadın verilməsi və dəyişdirilməsi
Qaydaları"nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 297 Bakı şəhəri, 11 dekabr 2012-ci il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 451) ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.8-ci və 6.21-ci bəndlərdə "hərbi komissarlığa" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə" sözləri ilə əvəz edilsin;
1.2. 6.9.6-cı yarımbənddə "çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin" sözləri "ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin" sözləri ilə əvəz edilsin;
1.3. həmin qaydalara 1 nömrəli əlavənin cədvəlində "Hərbi uçot yeri" sözləri "Hərbi qeydiyyatda olduğu yer" sözləri ilə əvəz edilsin;
1.4. həmin
qaydalara 2 nömrəli əlavədə "___________ hərbi
komissarlığının uçotundadır" sözləri
"Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
__________ idarəsində (şöbəsində, bölməsində)
hərbi qeydiyyatdadır" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 14 dekabr.- S.1.