Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı
ilə təsdiq edilmiş "Vəzifəli şəxsin və
ya vətəndaşın dövlət sirri təşkil edən
məlumatlarla işləməyə buraxılması və
işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi
Qaydası"nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 298 Bakı şəhəri,
11 dekabr 2012-ci il
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 645; 2005, ¹ 2, maddə 122,
¹ 3, maddə 250; 2007, ¹ 1, maddə 47; 2008, ¹ 4, maddə 316; 2010,
¹ 3, maddələr 255, 264; 2012, ¹ 9, maddə 938) ilə təsdiq
edilmiş "Vəzifəli şəxsin və ya vətəndaşın
dövlət sirri təşkil edən məlumatlarla işləməyə
buraxılması və işləməyə
buraxılmasının yenidən rəsmiləşdirilməsi
Qaydası"nın 25-ci hissəsində ismin müvafiq
hallarında "hərbi komissarlıq" sözləri ismin
müvafiq hallarında "Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölməsi"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 14 dekabr.- S.1.