Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

№ 299                   Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

 

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 22 oktyabr tarixli 247 nömrəli və 16 noyabr tarixli 265 nömrəli qərarları) ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 4.1.2-ci yarımbəndi ləğv edilsin və aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

 

 

4-1.             Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,

 

                                           Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 4-1.1.                                  Azərbaycan Respublikasının Səfərbərlik vəHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin:

 4-1.1.1.                               yerli idarə, şöbə və bölmələri

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 14 dekabr.- S.1.