«Şahdəniz»in,
«Ümid»in sələfi
«Bahar»
50-60 il əvvəl
Azərbaycanın dənizdəki
və qurudakı yataqlarında zəngin qaz ehtiyatları olduğu bir dəstə geoloqdan başqa heç kəsə məlum deyildi. Hətta quru ərazidə
"Qaradağ", dənizdə
"Cənub" qaz yataqları aşkar ediləndən sonra da bu fikir
inandırıcı olmadı.
Azərbaycan qazının xoş
müjdəsini "Bahar"
gətirdi.
"Bahar" 1968-ci il
martın 21-də kəşf
olundu. Yazın ilk günündə "doğulan"
və "Bahar" adını da bu münasibətlə alan yataq
Azərbaycan qazının
böyük sabahından
soraq verdi. Belə ki, sonralar Xəzərdə
"Bulla-dəniz" qaz
yatağı kəşf
edildi. "Duvannı-dəniz" - "Bulla-dəniz" yatağının
VIII horizontunda qaz aşkar olundu. Getdikcə qoynunda mavi alov
saxlayan yataqların sayı artdı.
İndi
bizim hər yana səs
salan "Şahdəniz"imiz
var. Dünyadakı ən
zəngin qaz-kondensat yataqlarından biri, bəlkə də birincisidir. Təsadüfi deyil ki,
"Şahdəniz" qazının
yolunu bu gün bütün Avropa gözləyir.
Heç bir xarici şirkətin
köməyi olmadan
ARDNŞ-nin özünün
kəşf edib işlədiyi "Ümid"
yatağından artıq
qaz və kondensat alınır. Növbədə
"Abşeron", "Şəfəq-Asiman"
və digərləridir.
Yaxın
gələcəkdə onlardan
da hasilat əldə ediləcək.
Azərbaycan qazının ilkini "Bahar" isə bu gün də
"yaşayır", qaz
və kondensat verir. "Bahar"dan neçə-neçə evə
istilik və hərarət gəlir.
Buradan çıxarılan mavi yanacaq 27 kilometrlik sualtı kəmərlə
Hövsana çatdırılır.
Hövsandan isə "Bahar"
qazı istilik elektrik stansiyasına, Qaraçuxur, Suraxanı qəsəbələrinə, "Ağ şəhər"ə,
Zığa, "Qum-dəniz"
istehlak sahələrinə
ötürülür.
"Bahar"ın mavi
yanacağı həm
də keyfiyyətlidir. Onun tərkibi
təmiz, istilikötürmə
qabiliyyəti yüksəkdir.
Bu yatağı "Bahar"
Enerji Əməliyyat Şirkəti istismar edir. Yataqda 11 özül fəaliyyət
göstərir. Özüllər bir-birindən 300-400 metr, bəzən də bir kilometr aralıda
yerləşirlər. Bunlar şirkətin karbohidrogen hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) birini təşkil edir. Digər mədən isə
"Qum-dəniz" yatağının
ərazisindədir. O, Qum adasına daha yaxındır. "Bahar"ın isə ən yaxın özülü adadan 25-27
kilometr aralıdadır.
Bu bölgünü, ilk növbədə, təbiətin
özü aparıb. Onun "sərəncam"ıdır
ki, "Bahar"dan əsasən qaz, "Qum-dəniz"dən isə
ən çox neft çıxır.
"Bahar"ın özülləri
son illərdə işlənən
yataqlardakı müasir
hasilat, qazma və yaşayış platformalarının müqabilində
çox kiçik görünürlər. Sağ
- dəniz, sol - dəniz,
hansı yana
baxırsan - dəniz.
Dalğalar coşanda düşünürsən
ki, bu tənha
özülləri "kök"ündən
qopararaq qova-qova dəryayi-Xəzər boyunca
uzaqlara aparacaqlar.
Amma onlar sərt dənizin qoynunda neçə illərdir möhkəm dayanıblar.
Hələ bu özüllərdə çalışan,
öz seçdiyi yolun, sevdiyi peşənin fədaisi olan neftçiləri demirik...
Lakin hər hansı bir dəniz obyektində işləyən neftçi
üçün cəsur
və zəhmətkeş
olmağın özü
də azdır. Estakada və
özüllərdə hər
dəqiqə, hər
an ehtiyatlı olmaq gərəkdir. Ona görə
də "Bahar" Enerji Əməliyyat Şirkəti bu yataqları istismar etməyə başladığı
gündən, yəni
artıq bir neçə ildir neftçinin sağlamlığını,
təhlükəsizliyini bütün
məsələlərin hamısından
önə çəkib
və həmin istiqamətdə ardıcıl
tədbirlər həyata
keçirir.
"Bahar"da hələ
çox yeniliklər olacaq. Köhnə quyular təmir
ediləcək, yeniləri
qazılacaq. Yatağın işlənməmiş ərazisi
də var. Buranı
"Bahar-2" adlandırırlar. Yaxın illərdə bu sahədə kəşfiyyat
quyusu qazılacaq.
Demə, "Bahar" həm də "Şahdəniz"in
qonşusu imiş. 45 yaşlı "Bahar"la
gənc "Şahdəniz"
beləcə qol-boyun olaraq Azərbaycan qazının dünənindən,
bugünündən və
sabahından xəbər
verirlər.
Flora SADIQLI,
Azərbaycan.-2012.- 14 dekabr.- S.2.