Dövlət İdarəçilik
Akademiyasında Çin-Azərbaycan
əlaqələrinin son 20 illik
tarixini əks etdirən fotosərgi
açılmışdır
Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki səfirliyinin dəstəyi ilə ÇXR-in Sinxua xəbər agentliyinin Asiya-Avropa bürosu və Bakı Dövlət Universiteti (BDU) nəzdində Konfutsi İnstitutunun birlikdə hazırladıqları fotoqalereyanın sərgisi açılmışdır.
Dövlət İdarəçilik Akademiyasından AzərTAc-a bildirmişlər ki, bu münasibətlə keçirilən tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Tszyao Xuaysin, bu ölkənin Sinxua xəbər agentliyinin müxbiri Lyu Yanq, BDU-nun nəzdində Konfutsi İnstitutunun Azərbaycan və Çin tərəfindən direktorları, DİA-nın professor-müəllim və tələbələri iştirak etmişlər.
DİA-nın prorektoru, professor Əlikram Abdullayev Azərbaycan və Çin arasında genişlənməkdə olan əlaqələrin son 20 illik tarixini əks etdirən fotosərginin əhəmiyyətindən danışmışdır.
Çin
Xalq Respublikasının Bakıdakı müvəqqəti
işlər vəkili Tszyao
Xuaysin ölkəsi ilə Azərbaycanın əlaqələrindən
bəhs etmişdir. Sonra iştirakçılar fotosərgi ilə
tanış olmuşlar.
Azərbaycan.-2012.- 14 dekabr.- S.7.