«Nargis» jurnalının ilk nömrəsinin təntənəli təqdimatı keçirilmişdir

 

Dekabrın 13-də Bakı Biznes Mərkəzində rus dilində nəşr edilən "Nargis" jurnalının ilk nömrəsinin təntənəli təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, Azərbaycan mətbuatında yeni və tamamilə fərqli bir üslub ortaya qoyan "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanovadır.

Moda və incəsənət aləmində oxucunun əsl bələdçisinə çevriləcək bu jurnalda modaya aid hər şeyi tapmaq olar. Bu nəşrin səhifələrində mövsümün yenilikləri, dəb aləmində müasir tendensiyalar, kübar həyat, afişalars. ilə tanış olmaq mümkündür.

"Nargis"in oxucuları həm də incəsənət aləmində baş verən yeniliklər barədə dolğun məlumat ala biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaqdır.

Nəfis tərtibatı, zövq oxşayan  dizaynı ilə Azərbaycan mətbuatına yenilik gətirən "Nargis" jurnalı baş redaktorun anası - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayevanın şərəfinə "Nargis" adlanır və üz qabığında onun şəkli verilmişdir. 

Jurnalın təqdimatının dekabrın 13-də keçirilməsi də təsadüfi deyildir. Məhz bu gün Nərgiz Paşayeva öz ad gününü qeyd edir.

İlk nömrədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer almışdır.

Jurnalın səhifələrində, həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik,  Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linleybir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunmuşdur.

Yeni jurnal ingilis dizaynerləri tərəfindən hazırlanmışdır. Lakin "Nargis" - sadəcə, təsvir və mətnlər demək deyildir, bu, yeni adlar, üslub və dizaynın yeni çalarları, yeni hədəf və imkanlar deməkdir.

Jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcəkdir.

"Nargis"in hər buraxılışında  Azərbaycan və dünyanın məşhur ulduzları ilə eksklüziv müsahibələr, maraqlı məqalələr dərc olunacaqdır. Hər nömrəsi 5000 nüsxə ilə çap olunan jurnalın "Moda" (Fashion), "Mədəniyyət" (Culture), "Simalar" (People), "Sağlamlıq və gözəllik" (Health and Beaty), "Həyat tərzi" (Lifestyle) kimi rubrikalarında müvafiq sahələrə aid  ən son xəbərlərlə tanış olmaq mümkündür.

Jurnalın yaradıcı kollektivi həm Azərbaycanda, həm də xaricdə mövcud olan digər nəşrlərlə müqayisədə daha üstünqeyri-adi məhsul yaratmağı qarşısına məqsəd qoymuşdur. Jurnalın ilk nömrəsinin təqdimat mərasimi bu məqsədə nail olunduğunu söyləməyə əsas verir.

Tədbir müasir musiqi ilə yanaşı, norveçli dizayner Kristian Aadnevikin geyim kolleksiyasının sərgisi, Bakıdakı JAN modalar evinin yeni modellərinin nümayişi, nəhayət, dj Mansurun iştirakı ilə davam etmişdir.

 

Azərbaycan.-2012.- 14 dekabr.- S.7.