«Alüminium» V Beynəlxalq
Müasir İncəsənət Biennalesi çərçivəsində
«YARAT!»
Yaradıcılıq Məkanı layihəsi təqdim edildi
Bakıda keçirilən "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində dekabrın 13-də "YAY" Qalereyasında "YARAT!" Müasir İncəsənət Məkanı layihəsinin təqdimatı olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "YARAT!" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə keçirilən təqdimatda gənc fırça ustası Ramal Kazımovun əsərlərindən ibarət sərgi açılmışdır.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan R.Kazımov üçün qadağan edilmiş mövzular yoxdur. Onun bitkin və müəyyən qədər tutqun üslubu ekspressionist rəssamların obrazının yaratdığı təəssürat nəticəsində formalaşmışdır. Rəssamın yaratdığı əsərlərdə izhar olunan təhrikçilik qatı humanizm tərəfdarı sayılan və ədalətsizliyin bütün əlamətlərini pisləyən R.Kazımovun xasiyyəti ilə ahəngsizlik təşkil edir.
Tədbir iştirakçılarına minnətdarlığını bildirən Ramal Kazımov demişdir ki, bu onun ilk fərdi sərgisidir. Sərgidə müxtəlif janrları əhatə edən əsərlərinin yer aldığını söyləyən rəssam bu sənət nümunələrinin insanlar tərəfindən müsbət qarşılanacağına ümidvar olduğunu söyləmişdir.
Layihə çərçivəsində nümayiş olunmuş əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Sərgi dekabrın 30-dək davam
edəcəkdir. Biennalenin koordinatoru
"YARAT!" qeyri-kommersiya təşkilatının
rəhbəri Aida Mahmudova,
kuratoru sənətşünas və tənqidçi
Dilarə Vahabova, direktoru
Qalib Qasımovdur.
Azərbaycan.-2012.- 14 dekabr.- S.7.