«Ölkədə dil situasiyası» mövzusunda elmi konfrans keçirilmişdir

 

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda bu elm müəssisəsinin və AMEA-nın Humanitarİctimai Elmlər Bölməsinin (HİEB) birgə təşkilatçılığı ilə "Ölkədə dil situasiyası" mövzusunda elmi konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransda aliorta məktəblərdə Azərbaycan dilinin daha dərindən öyrənilməsi, ailə, idarə və digər ictimai yerlərdə dilin qorunması məsələləri müzakirə edilmişdir.

Tədbirdə HİEB-nin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli sərəncamının əhəmiyyətindənbu mühüm sənədin icrasını həyata keçirmək məqsədilə yaradılmış AMEA-nın işçi qrupunun fəaliyyətindən danışmışdır.

K.Abdullayev dövlət başçısının Azərbaycan dilinindilçiliyinin inkişafı ilə bağlı sərəncamının əhəmiyyətini vurğulayaraq burada, həmçinin tərcümə fəaliyyətinin, terminologiyanın inkişafına da diqqət yetirildiyini qeyd etmişdir.  İşçi qrupu tərəfindən  müəyyən işlərin görüldüyü, müxtəlif görüşlərin keçirildiyi, irəli sürülən təkliflərin nəzərə alındığı  bildirilmişdir.

Konfransda AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, professor Fəxrəddin Veysəllinin "Respublikada dil situasiyası və dil siyasəti" mövzusunda məruzəsi dinlənilmişdir.

Məruzədə respublikamızda dil situasiyasını və buna uyğun elmi cəhətdən əsaslandırılmış dil siyasətini düzgün qurmaq üçün müvafiq konsepsiyanın işlənib hazırlanmasının zəruriliyi vurğulanmışdır. Bildirilmişdir ki, həmin konsepsiya həm də Azərbaycan dilinin və ölkəmizdə dilçiliyin inkişafına dair dövlət proqramının müddəalarını ehtiva etməlidir. Bunun üçün ilk növbədə, ölkəmizdə dil situasiyası dərindən təhlil olunmalı, onun real mənzərəsi bütün incəlikləri ilə göz önündə canlandırılmalı və yalnız bundan sonra dil siyasəti ilə bağlı konkret sənəd hazırlanmalıdır. Tədbirdə "İkidillilikarqolar", "Dil situasiyasının tipologiyası", "Azərbaycan dili qloballaşma şəraitində", "Mətbuatın ədəbi dilin inkişafında rolu", "Çağdaş dövrdə Azərbaycan dili" və digər mövzularda, ümumilikdə, 10 məruzə dinlənilərək müzakirə edilmişdir.

Həmçinin mətbuat, televiziyaradioda dil məsələlərinə həsr olunan çıxış və müzakirələrin təşkili ilə bağlı geniş fikir mübadiləsi  aparılmış, bir sıra təkliflər səsləndirilmişdir.

Konfransın materialları toplu şəklində nəşr ediləcəkdir.

 

 

Azərbaycan.-2012.- 14 dekabr.- S.7.