Azərbaycan Respublikasında 2013-cü il üçün

ehtiyac meyarının həddi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 30 noyabr 2012-ci il

Azərbaycan.-2012.- 15 dekabr.- S.9.