Azərbaycan Respublikasında 2013-cü il üçün

 yaşayış minimumu haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

 

2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilsin.

 

 Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2012-ci il

Azərbaycan.-2012.- 15 dekabr.- S.9.