Naxçıvan Muxtar
Respublikasının bir sıra birinci
instansiya məhkəmələrinin
hakim və sədrlərinin təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri təyin edilsin.
2.
Hüseyn Nadir oğlu Zülfüqarov Şərur Rayon Məhkəməsinin
sədri təyin edilsin.
3. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
4. Bu sərəncamın 1-ci və 2-ci hissələri 2013-cü il yanvarın 22-dən qüvvəyə minir.
5. Bu
sərəncamın 3-cü hissəsi 2013-cü il yanvarın
2-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 dekabr
2012-ci il
Azərbaycan.-2012.- 15 dekabr.- S.2.