Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin

 əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini Kamil Əlibala oğlu Bağırova general-mayor ali hərbi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti Yusif Mahmud oğlu Nəbiyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 15 dekabr.- S.2.