«Freedom House» erməni lobbisinin təsiri altında Azərbaycana

 qarşı bədnam kampaniya aparır

 

Bəzi müxalifət təmsilçilərinin Azərbaycan əleyhinə

 əməlləri erməni millətçi dairələrinin fəaliyyəti ilə üst-üstə düşür

 

 Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycanın bir müsəlman olkəsi kimi bütün sahələrdə inkişafı bir çox qüvvələri narahat etməyə başlayıb. Müstəqilliyinin hələ 20 illiyində bu cür inkişafa nail olan, beynəlxalq təşkilatlarda söz sahibinə çevrilən, Avropanın enerji təhlükəsizliyinin təminatçısı hesab olunan və dünyanın mötəbər toplantılarının, konfranslarının keçirildiyi məkana çevrilən Azərbaycanın dünyaAvropaya belə sürətli inteqrasiyası əlbəttə ki, diqqəti cəlb etməyə bilməz. Bütün bunlar isə antiazərbaycançı qüvvələrdə ikrah hissi yaradır.

Dünyada nüfuzu artdıqca ölkəmizin müstəqilliyini və tərəqqisini gözü götürməyən bir sıra xarici təşkilatlar Azərbaycana qarşı məqsədli şəkildə qərəzli kampaniya aparırlar. Bəzi "beynəlxalq" təşkilatlar hazırladıqları hesabatlarda yenə də Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər, yalan məlumatlar yaymaqda davam edirlər. Ancaq yerli siyasətçilərlə yanaşı, xarici ekspertlər də dəfələrlə belə hesabatların qeyri-obyektiv olduğunu söyləyərək məlumatların qərəzli şəkildə yayıldığını bəyan ediblər. Bu günlərdə isə antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən "Freedom House" təşkilatının yaydığı "hesabat"da ölkəmizdəki demokratik vəziyyət qəsdən təhrif edilib, guya insan hüquq və azadlıqlarının pozulduğu iddia olunub.

Bu məlumatların isə nəyə və kimlərə xidmət etdiyi artıq bütün Azərbaycan ictimaiyyətinə bəllidir. Məsələyə münasibət bildirən siyasətçilər də eyni fikirdədirlər.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz QURBANLI deyir ki, antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən təşkilatlardan olan "Freedom House"nin dünyada insan haqlarının və azadlıqlarının vəziyyətinə dair növbəti illik dırnaqarası hesabatında Azərbaycanla bağlı irəli sürülən iddialar heç bir reallığa söykənmir, qeyri-obyektiv və qərəzlidir. "Freedom House" təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, "Freedom House" bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib: "Bu təşkilatın yaydığı son hesabatda Azərbaycanla bağlı məqamlar tamamilə qərəzlidir, qeyri-obyektivdir və məqsədli şəkildə yayılmış məlumatdır. Bu təşkilat və onun rəhbərliyində olan şəxslər müstəqil Azərbaycana və onun yürütdüyü siyasətə qarşı qara piar kampaniyasına qoşulub".

"Freedom House"nin belə hesabatlarının birinci dəfə olmadığını xatırladan deputat deyir ki, təşkilat hər il qərəzli məlumatlar yayır. Onun fikrincə, bu təşkilatın arxasında Azərbaycanla bağlı hadisələri qərəzli göstərmək istəyən dairələrin olduğunu görmək mümkündür: "Biz bu məsələ ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir, böyük neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti tam müstəqil siyasət həyata keçirirbizim xarici siyasətimizdəki mövqeyimiz ədalətə söykənir. Təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir. Burada bir neçə amil var ki, onun başında erməni lobbisi dayanır. Erməni lobbisi nəyin bahasına olursa- olsun, Azərbaycana qarşı qara piar kampaniyasına rəvac verirbunu müxtəlif təşkilatlarda özünün nümayəndələrinin vasitəsilə həyata keçirməyə çalışır". Mübariz Qurbanlının sözlərinə görə, diqqət çəkən məqam odur ki, "Freedom House" daha çox islam ölkələrinə qarşı qərəzli mövqe nümayiş etdirir. İşğalçı, eyni zamanda, öz vətəndaşlarına qarşı qəddarlıqlar törədən Ermənistanın Azərbaycandan üstün mövqedə göstərilməsi isə gülünc olmaqla yanaşı, bu təşkilatın mahiyyətini bir daha ortaya qoyur. M.Qurbanlı hesab edir ki, hesabatda göstərilənlərin əksinə olaraq Azərbaycanda internet azadlığı, sərbəst toplaşmaq azadlığı tam mövcuddur, insan haqları yüksək səviyyədə təmin olunub. Əsassız iddialarla Azərbaycana qarşı təzyiq etmək mümkün deyil.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın MİRZƏZADƏ də deyir ki, "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair 2012-ci il üçün illik hesabatında Azərbaycanla bağlı hissəsi qeyri-obyektiv və yalandır. Onun fikrincə, qeyri-obyektivlik burdan məlum olur ki, Bakının mərkəzində bir qrup radikal yönümlü insanın vaxtaşırı qanunsuz aksiya keçirərkən polisin onlara münasibətinə qərəzli qiymət verirlər. Polisin vəzifəsi ictimai asayişi qorumaq və insanları qanuna hörmətlə yanaşmağa dəvət etməkdir. Dünyanın bütün ölkələrində, o cümlədən Avropada belə hallarla bağlı polis öz üzərinə düşən vəzifəni yerinə yetirir. "Freedom House" təşkilatının bu məsələdə Azərbaycan polisinə irad bildirməsi sadəcə olaraq sənəd tərtibçilərinin dövlətin funksiyası və mahiyyəti barədə təsəvvürünün olmamasından irəli gəlir. Deputat hesab edir ki, Bakının mərkəzində abadlıq və yenidənqurma işlərinə görə, evləri sökülən insanlara qarşı ədalətsiz davranıldığı barədə təşkilatın məlumatı da qeyri-obyektivdir: "Evləri sökülən insanlar ya mənzillə, ya kompensasiya ilə təmin ediliblər. Köçürülən insanların içərisində bir neçə ailənin narazı qalması ümumilikdə böyük kütlənin narazılığı kimi qələmə verilə bilməz. Düşünürəm ki, onlar bu zaman həm Azərbaycan, həm də beynəlxalq qanunvericilikpraktika təcrübəsini sadəcə olaraq saya almamağa çalışıblar".

Deputat deyir ki, bundan əlavə hesabatın yalan hissəsinə həbsxanalarda məhbuslara işgəncə verilməsi ilə bağlı olan məsələni aid etmək olar. Çünki Azərbaycanda QHT-lər vaxtaşırı olaraq məhkumlarla görüşür, onların vəziyyəti ilə maraqlanırlar. Həmçinin Azərbaycan qanunvericiliyinə əsasən məhkumların ailə üzvləri ilə görüşü üçün maksimum şərait yaradılıb. Ona görə də bu məsələ ilə bağlı Azərbaycana edilən ittiham yalandan başqa bir şey deyil. Aydın Mirzəzadənin sözlərinə görə, hesabatın yalanlarından biri də jurnalistlərin, mətbuatın, internetin təzyiqə məruz qalması məsələsidir: "Əgər Azərbaycanda mətbuat təzyiqə məruz qalırsa "Freedom House"nin hesabatı müxalifət yönümlü qəzetlərdə necə tamamilə çap olunur? Necə olur ki, Azərbaycanda mətbuata və azad sözə təzyiq iddiası olduğu halda, hesabat müxalifət yönümlü dairələlər tərəfindən açıq şəkildə dəstəklənir və hökumət tənqid olunur?"

A.Mirzəzadənın fikrincə, "Freedom House" təşkilatının hesabatının üslubu Azərbaycanda bəzi müxalifət dairələrinin və QHT-lərin üslubuna oxşardır. Burdan da belə bir təəssürat yaranır ki, hesabat xaricdə deyil, Azərbaycanda məqsədli şəkildə hazırlanıb və "Freedom Nouse"nin ofisinə göndərilib: "Yada salın ki, müəyyən müxalifət dairələri vaxtaşırı Azərbaycanın beynəlxalq aləmdə mənfi imicinin formalaşdırılması üçün məqsədli şəkildə provokasiyalı addımlar atmağa çalışır. Müxalifətin bir qrup gəncinin "Eurovision" yarışması zamanı aksiyalar keçirməyə cəhd etməsində məqsədi də "Freedom House"nin hesabatına Azərbaycanla bağlı ittihamedici bir bölmənin salınmasından ibarət idi".

Deputat bildirir ki, bu gün xaricdə erməni millətçi dairələri Azərbaycana qarşı məqsədyönlü təbliğat işi aparır, Azərbaycan haqqında beynəlxalq dairədə qərəzli münasibət yaratmağa çalışırlar. Bəzi müxalifət dairələrinin Azərbaycan əleyhinə fəaliyyəti də həmin erməni millətçi dairələrinin fəaliyyəti ilə üst-üstə düşdüyü göz qarşısındadır.

Milli Məclisin deputatı Zahid ORUC da hesab edir ki, "Freedom House" təşkilatının istər illik hesabatlarına, istərsə də aralıq mərhələdə ayrı-ayrı meyarlar  üzrə verdiyi hesabatlara münasibət dünya çapında birmənalı deyil. Onun fikrincə, burada söhbət təkcə Azərbaycandan getmir. Bu təşkilatın qurulması, maliyyələşməsi, bilavasitə onun üzərində həyata keçirilən siyasi maraqlar, xüsusilə, ona Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq başçılarının rəhbərlik etməsi bu qənaəti formalaşdırıb: "Bu hesabatlarda biz həmişə birtərəflilik, qərəzlilik, açıq şəkildə siyasi təmayül tutma, bir tərəfin məlumatına istinad etmə, ümumi prosesi kontekstdən çıxarma hallarının şahidi olmuşuq. Həmçinin açıq, kobud yanlışlıqlar da özünü göstərib. Azərbaycanda azad mətbuatın mövcud olmadığını iddia edən bir təşkilatın hesabatı bu ölkədə necə yayıla bilər? Hüquqi sahəyə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan bir çox konvensiyalara uyğun qanunlarında xeyli dəyişikliklər edir. Müvəqqəti saxlama məntəqələrində, islah əmək müəssisələrində qanuna uyğun yaradılan şərait göz qabağındadır. Açıq-aydın bəlli olur ki, bu qərəzli "hesabat" kimlərinsə marağına uyğun hazırlanır".

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2012.- 15 dekabr.- S.10.