"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarında dəyişikliklər  edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 306                        Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

 

 

 "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006,

¹ 1, maddə 35) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə hər iki halda "yerli özünüidarəetmə" sözləri "yerli özünüidarə" sözləri ilə və "qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin" sözləri "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin" sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması Qaydaları"nda:

1.2.1. adında və 1.1-ci bəndində "yerli özünüidarəetmə" sözləri "yerli özünüidarə" sözləri ilə əvəz edilsin;

1.2.2. 2.2-ci və 2.4-cü bəndlərində ismin müvafiq hallarında "rayon (şəhər) hərbi komissarlıqları" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə, 2.3-cü və 2.4-cü bəndlərdə ismin müvafiq hallarında "rayon (şəhər) hərbi komissarlığı" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsi" sözləri ilə əvəz edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası"nda:

1.3.1. adında, preambulada, 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərdə "yerli özünüidarəetmə" sözləri "yerli özünüidarə" sözləri ilə əvəz edilsin;

1.3.2. 2.1-ci bənddə "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerli orqanlarına (rayon, şəhər hərbi komissarlıqlarına)" sözləri "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə" sözləri ilə əvəz edilsin;

1.3.3. 2.2.3-cü yarımbənddə "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi uçotdan" sözləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qeydiyyatdan" sözləri ilə əvəz edilsin;

1.3.4. 2.3.1-ci yarımbənddə "ərazi üzrə rayon, şəhər hərbi komissarlıqlarına" sözləri "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə" sözləri ilə əvəz edilsin;

1.4. həmin qərarla təsdiq edilmiş "Səfərbərlik orqanları haqqında Əsasnamə"də:

1.4.1. mətn üzrə "yerli özünüidarəetmə" sözləri "yerli özünüidarə" sözləri ilə əvəz edilsin;

1.4.2. 2.1.2-ci və 2.1.12-ci yarımbəndlərdə "qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin" sözləri "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin" sözləri ilə əvəz edilsin;

1.4.3. 4.1.6-cı, 4.1.7-ci, 4.1.9-cu və 5.1.6-cı yarımbəndlərdə ismin müvafiq hallarında "rayon və şəhər hərbi komissarlıqları" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;

1.5. həmin qərarla təsdiq edilmiş "Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası"nda:

1.5.1. adında və mətnində ismin müvafiq hallarında "qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə əvəz edilsin;

1.5.2. mətnində "yerli özünüidarəetmə" sözləri "yerli özünüidarə" sözləri ilə və ismin müvafiq hallarında "rayon, şəhər hərbi komissarlıqları" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri" sözləri ilə əvəz edilsin;

1.5.3. 2.5-ci və 3.3-cü bəndlərdə "şəhər və rayon hərbi komissarlarının" sözləri və 3.6-cı bəndin ikinci cümləsində "rayon, şəhər hərbi komissarı" sözləri müvafiq olaraq  "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmə rəislərinin" və "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmə rəisi" sözləri ilə əvəz edilsin.

1.5.4. 2.6-cı və 3.11-ci bəndlərdə "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2012.- 16 dekabr.- S.5.